Azərbaycan və Oman 200 milyon dollarlıq Birbaşa İnvestisiya Fondu yaradıb
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları olan Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
Ölkə.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, Omana işgüzar səfər çərçivəsində baş tutub.
"Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək", - deyə nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















