Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan arasında jurnalistika sahəsində birgə əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan və Özbəkistan arasında jurnalistika sahəsində birgə əməkdaşlığa dair razılıq əldə olunub

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Özbəkistan Jurnalistlər İttifaqında qonaqları salamlayan Halmurad Salimov Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə media sahəsində inkişafı ilə bağlı görülən işlərdən, kütləvi informasiya vasitələri və jurnalistlərin qarşısında duran mühüm vəzifələrdən, nailiyyətlərdən və problemlərdən danışıb. Özbəkistan-Azərbaycan qardaşlıq münasibətləri haqqında danışan H.Salimov Bakıda nəşr olunan və Azərbaycan ziyalıları tərəfindən böyük maraqla qarşılanan "Şavkat Mirziyoyev fenomeni" kitabının Azərbaycanda təqdimatını xatırladıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli səmimi qəbula görə sədrə təşəkkür edərək bildirib ki, iki ölkə liderləri cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyevin siyasi iradəsi və sıx dostluq münasibətləri sayəsində Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Prezidentlərin qarşılıqlı səfərlərinin iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə təkan verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, bunun iki ölkə arasında ortaq türk irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Görüşdə milli media məkanının inkişaf tendensiyaları kimi mühüm məsələlər müzakirə olunmuş, Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqı arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Yanvar 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see234

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see216

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see199

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see190

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see169

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see161

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see146

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see134

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see131

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see130

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see125

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri