Icma.az
close
up
RU
Bir xala görə şikayətçi deyilik Rəşad Sadıqov

Bir xala görə şikayətçi deyilik Rəşad Sadıqov

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Zirə" Misli premyer-liqasının evdə keçirilən 16-cı tur matçında "İmişli" ilə heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olundu, biz də bunu yarmağa çalışdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol izlədik, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundu ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilər var. Bu da istədiyimiz heyətlə meydana çıxmağa problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.
- İkinci oyundu ki, "İmişli"ni məğlub edə bilmirsiz. Nə ilə bağlıdır?
- İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaq, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində - "Sabah"la görüşdə meydanda zəif olmuşuq. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırıq. Onsuz da heyət kasaddı, Davit Volkov 11-12 oyundu yoxdu. Nə vaxt bərpa olacağı bilinmir. "İmişli" yaxşı, möhkəm komandadı. Səfər matçlarında daha təhlükəli olur. Bir xala görə şikayətçi deyilik.
- Büdcəniz imkan verəcək ki, qışda transfer edəsiz?
- İmkan yoxdu. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində də bilirdik ki, hücum xəttinə oyunçu lazımdı.
- Renat Dadaşov Polşa klubundan ayrılacaq. Onunla danışmağa cəhd edəcəksiz? Rüsum məsələsi sizi məcbur edəcək ki, yalnız yerli futbolçu gətirəsiz?
- Müzakirə aparacağıq. Yerli futbolçu yoxdu. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Dekabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri