Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi deyil, həm də ürəkdən gələn bir yaxınlığın göstəricisidir

Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi deyil, həm də ürəkdən gələn bir yaxınlığın göstəricisidir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mətanət Xudiyeva: "Bu mənim üçün sadəcə pedaqoji fəaliyyət deyil, həm də bir mədəni missiyadır"
Müstəqillik illərindən sonra müxtəlif ölkələrdə Azərbaycan dilinə olan maraq kifayət qədər artmaqdadır. Hazırda dünyanın müxtəlif ölkələrinin ali təhsil ocaqlarında Azərbaycan dili tədris edilir, yaxud Azərbaycan dili ilə bağlı müxtəlif kurslar keçirilir. Təbii ki, bu istiqamətdə həmin ölkələrdə yaşayan azərbaycanlı pedoqoqlar, müəllimlərin üzərinə böyük iş və məsuliyyət düşür. Belə dəyərli ziyalılardan biri də Özbəkistandakı Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi Mətanət Xudiyevadır. Newscenter.az-a verdiyi müsahibədə Mətanət Xudiyeva qardaş ölkədəki elmi fəaliyyəti, Özbəkistanda Azərbaycana, dilimizə, mədəniyyətimizə olan maraq barədə danışıb.
-Mətanət xanım, təxminən neçə ildir Özbəkistanda yaşayırsınız və bu ölkənin mühitinə uyğunlaşmaq çətin olmadımı?
-Müsahibə imkanını yaratdığınıza görə və sualınız üçün sizə təşəkkür edirəm.
İlk növbədə onu qeyd etmək istərdim ki, mən 2024-cü ilin yanvar ayından etibarən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə bu qardaş ölkədə fəaliyyət göstərirəm. Missiyam – Azərbaycan dilinin tədrisi və təbliğidir. Hazırda fəaliyyətimin əsas hissəsi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə bağlıdır. Hər iki ali təhsil müəssisəsində müəllimlik edir, Azərbaycan dilini 100-dən çox özbək gəncinə böyük sevgi və qürurla öyrədirəm.
Doğrusu, hər bir insanın həyatında yeni bir mühitə addım atmaq həm həyəcanlı, həm də məsuliyyətli bir prosesdir. Mənim üçün də Özbəkistana gəliş yalnız coğrafi bir dəyişiklik deyildi – bu, həm də yeni bir missiyanın başlanğıcı idi.
Özbəkistana ilk gəldiyim zaman, əlbəttə, müəyyən çətinliklərlə qarşılaşdım, tanımadığım bir ölkə, fərqli yaşam tərzi, uzaqlarda qoyduğum ailəm, dostlarım, Vətənim... Bunların hər biri qəlbimdə iz buraxırdı. Amma eyni zamanda, daxilimdə güclü bir məqsəd, bir missiya hissi vardı: Azərbaycanı, onun dilini və mədəniyyətini burada təbliğ etmək, Özbəkistan gənclərinə sevdirmək, tanıtmaq. Elə bu amal mənə güc verdi, bu hiss mənə dayaq oldu.

Özbək xalqının qonaqpərvərliyi, istiqanlılığı və bizimlə ortaq köklərə sahib olması bu uyğunlaşma prosesini daha yüngül etdi. Onların mehriban münasibəti, oxşar dəyərlər və ortaq dil elementləri insana yadlıq hissini çox tez unutdurur. Ən böyük dəstək isə tələbələrim oldu. Ən əsası isə onların öyrənmək istəyi və hər dərsdə göstərdikləri diqqət mənim bu ölkədəki ən böyük motivasiya qaynağım oldu. Onların gözlərindəki işıq – bu mühitə sevgi ilə alışmağıma səbəb oldu.
Bəzən darıxmaq olur, bu təbiidir. Amma mən buradakı fəaliyyətimdə Azərbaycanı yaşadıram – dilimizlə, ədəbiyyatımızla, musiqimizlə, tələbələrimin ürəyində yaratdığım maraqla. Hər dəfə dərsə girəndə, bir tələbəm Azərbaycan haqqında maraqlı sual verəndə, ya da dilimizdə ilk dəfə düzgün cümlə quranda içimdə bir qürur yaranır: demək ki, mən burada faydalıyam. Bu isə artıq mənim üçün sadəcə uyğunlaşma deyil, burada var olmaq, iz qoymaq deməkdir.
Bax, elə bu hiss də məni bu mühitə uyğunlaşdırdı. Çünki harada olursansa ol, əgər işini sevərək görürsənsə və ruhunla ona bağlanmısansa, orada yad qalmırsan – əksinə, oranın bir parçasına çevrilirsən.
-Hazırda gördüyünüz işlərdən öncə Azərbaycandakı pedaqoji fəaliyyətiniz barədə də qısa məlumat verməyinizi istərdik
-Məmnuniyyətlə. Mən filologiya üzrə fəlsəfə doktoruyam və 2002-ci ildən etibarən Azərbaycan universitetlərində pedaqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində müxtəlif ali təhsil müəssisələrində çalışaraq yüzlərlə tələbənin dil və ədəbiyyat sevgisinin formalaşmasına, onların peşəkar inkişafına töhfə verməyə çalışmışam. Mənim üçün müəllimlik sadəcə bir peşə deyil – bu, bir ömür yoludur. İşimə və tələbələrimə sonsuz sevgi ilə yanaşmışam. Onların uğurlarını görmək, onları cəmiyyət üçün faydalı vətəndaş kimi yetişdirmək mənim üçün hər zaman ən böyük dəyər olub.
-Bildiyimiz qədər Siz Daşkənd Universitetində Azərbaycan dilini tədris edirsiniz. Ümumiyyətlə, tələbələr arasında Azərbaycan dilinə maraq hansı səviyyədədir?
-Bəli, hazırda mən Daşkənddə fəaliyyət göstərən universitetlərdə Azərbaycan dilini tədris edirəm və bu mənim üçün sadəcə pedaqoji fəaliyyət deyil, həm də bir mədəni missiyadır. Çox sevindirici haldır ki, tələbələr arasında Azərbaycan dilinə maraq son illərdə xeyli artıb. Xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə tanınması, güclü mövqeyi və türkdilli ölkələr içindəki nüfuzu gənclərin diqqətini cəlb edib.

Bu maraq gözlədiyimdən də yüksəkdir. Xüsusilə filologiya sahəsində təhsil alan tələbələr Azərbaycan dili və ədəbiyyatına xüsusi maraq göstərirlər. Onlar Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq, türkdilli xalqlar arasında dil və ədəbiyyat oxşarlıqlarını öyrənmək istəyirlər.
Tələbələr arasında Azərbaycan dilini yalnız öyrənmək deyil, onu anlamaq, mədəniyyətimizi yaxından tanımaq və gələcəkdə əməkdaşlıq imkanları qazanmaq məqsədilə seçənlər də az deyil. Azərbaycan musiqisi, ədəbiyyatı, tarixi və coğrafiyası ilə maraqlanan tələbələr dərslərə fəal şəkildə qoşulur, çoxsaylı suallar verirlər və əlavə araşdırmalar aparmaqdan çəkinmirlər.
Üstəlik, biz tədrisi yalnız qrammatika ilə məhdudlaşdırmırıq. Dərslərimizdə açıq dərs formatları, videoçarx layihələri, dil və mədəniyyət günləri kimi təşəbbüslər tələbələrin marağını daha da artırır. Onlar Azərbaycan dilində təqdimatlar hazırlayır, hekayələr yazır, video çıxışlar edirlər. Hətta bəzi tələbələr gələcəkdə Azərbaycanla bağlı ixtisaslaşmaq və ya ölkəmizdə təhsil almaq istədiklərini bildirirlər.
Yəni ümumilikdə desəm, Azərbaycan dili burada sadəcə bir fənn deyil – o, iki xalq arasında körpü rolunu oynayan bir dəyərə çevrilib. Bu maraq məni daha da ruhlandırır və tədrisin keyfiyyətini yüksəltmək üçün daha böyük məsuliyyət hissi yaradır.
-Azərbaycan dilinə maraq ancaq özbək gəncləri arasındadır, yoxsa təhsil ocağında oxuyan digər əcnəbi təbələr də Azərbaycan dilinə maraq göstərirlər?
-Əlbəttə, əsas auditoriyamı özbək tələbələr təşkil etsə də, Azərbaycan dilinə maraq bununla məhdudlaşmır. Dərs dediyim və tədbirlərdə iştirak etdiyim universitetlərdə müxtəlif ölkələrdən gəlmiş əcnəbi tələbələrlə də qarşılaşıram və sevindirici haldır ki, Azərbaycan dilinə və mədəniyyətinə maraq bu tələbələr arasında da getdikcə artır. Onlar Azərbaycanı regionda önəmli və müasir bir ölkə kimi görür və bu dili öyrənməyin gələcəkdə onlara faydalı ola biləcəyini düşünürlər.

-Mümkünsə müqayisə edərdiniz, 44 günlük Vətən Müharibəsindən əvvəl Azərbaycana olan maraq, münasibət necə idi, hazırda necədir?
-44 günlük Vətən Müharibəsindən əvvəl Özbəkistanda Azərbaycana olan maraq və münasibət, əsasən, qardaş ölkə münasibətləri kontekstində qiymətləndirilirdi. Tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olan bu iki ölkə arasında münasibətlər daim dostcasına olub. Lakin bu münasibətlər daha çox diplomatik və rəsmi səviyyədə qalmaqda idi, geniş ictimaiyyət arasında Azərbaycana olan maraq dərin deyildi. Əlbəttə, klassik ədəbiyyat, muğam sənəti və müəyyən tarixi şəxsiyyətlər vasitəsilə Azərbaycan haqqında ümumi məlumat vardı, amma bu, geniş və sistemli bir maraq səviyyəsində deyildi.
44 günlük Vətən Müharibəsi isə bu münasibətlərdə ciddi dönüş nöqtəsi oldu. Azərbaycan xalqının əzmkarlığı, hərbi uğurları və haqlı mübarizəsi Özbəkistan ictimaiyyətində böyük maraq və rəğbət doğurdu. Özbək mətbuatı, televiziya kanalları və sosial media platformalarında Azərbaycanla bağlı məlumatların, xəbərlərin sayı nəzərəçarpacaq dərəcədə artdı. Bu dövrdə xüsusən Qarabağ həqiqətlərinin daha geniş kütlələrə çatdırılması baş verdi. Özbək ziyalıları, politoloqlar və media nümayəndələri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyən mövzularda çıxış etdilər. Tələbələr və gənclər arasında da Azərbaycana olan maraq yüksəldi, Azərbaycan dili və mədəniyyətinə yönəlik təhsil layihələrinə maraq artdı.

Hazırda isə Özbəkistanda Azərbaycana qarşı münasibət yalnız dostluq və qardaşlıq çərçivəsində deyil, həm də strateji tərəfdaşlıq, mədəni əməkdaşlıq, və təhsil inteqrasiyası istiqamətində daha da möhkəmlənib. Bu münasibətlərin simvolik ifadəsi olaraq bir çox mühüm layihələr həyata keçirilir.
Bunlardan ən diqqətçəkəni isə 2023-cü ildə Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbək adına məktəbin açılışıdır. Bu, sadəcə bir təhsil müəssisəsinin tikilməsi deyil, həm də Özbəkistanın Azərbaycan xalqına və onun qəhrəmanlığına verdiyi dəyərin rəmzidir. Füzuli şəhəri Ermənistan işğalından azad olunduqdan sonra burada aparılan yenidənqurma işləri çərçivəsində Özbəkistan hökuməti tərəfindən inşa edilən bu məktəb, gələcək nəsillərə həm elm, həm də qardaşlıq ruhunu aşılayacaq bir məkandır. Mirzə Uluqbək kimi böyük bir alim və mədəniyyət daşıyıcısının adını daşıması isə bu layihəyə həm simvolik, həm də mənəvi dəyər qatır.
Bu cür təşəbbüslər bir daha sübut edir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi deyil, həm də ürəkdən gələn bir yaxınlığın göstəricisidir.
-Mətanət xanım, nə qədər dost-qardaş ölkə olsa da istər-istəməz qərib ölkə sayılır. Maraqlıdır ki, Özbəkistanda Azərbaycan yada düşərkən nəylə təsəlli tapırsınız, Azərbaycan həsrətini nə ilə qarşılayırsınız?
Doğrusu, Vətən həsrəti elə bir hissdir ki, onu tam olaraq heç nə ilə doldurmaq olmur. Azərbaycandan uzaqda olsam da, qəlbim daim oradadır. Amma insan bəzən həsrətə qarşı da bir təsəlli yolu tapmağa məcbur qalır.
Mən bu həsrəti dilimizə, ədəbiyyatımıza və tələbələrimə olan sevgimlə qarşılayıram. Azərbaycan dilini burada tədris etmək mənim üçün təkcə pedaqoji fəaliyyət deyil – bu, Vətənlə aramda qurduğum mənəvi körpüdür. Hər dəfə tələbələrimə Azərbaycan şairlərindən bir şeir oxuyanda, onlara milli musiqimizi dinlədib mənasını izah edəndə, ya da Azərbaycan bayramlarını burada qeyd edəndə sanki Vətən bir az da yaxınlaşır mənə. Tələbələrim Azərbaycan haqqında soruşanda, gözlərində maraq və sevgi görəndə içimdə bir ümid doğur: Azərbaycan artıq təkcə mənim içimdə yaşamır, onu burada – Özbəkistanda da tanıyırlar, sevirlər.

Bəzən axşamlar muğam dinləmək, Şuşadan gələn videolara baxmaq və ya Vətən torpaqlarının adını çəkərək dua etmək mənə təsəlli verir. Eyni zamanda ailəm və yaxınlarımla daima telefonla ünsiyyətdə olmaq, onların mənəvi dəstəyi də mənə güc verir. Bəzən isə klassik Azərbaycan musiqisinə qulaq asmaq, milli mətbəximizdən yeməklər bişirmək bu həsrəti bir qədər azaldır. Harada yaşamağımdan asılı olmayaraq, mən Azərbaycanı özümlə daşıyıram – dilimdə, ruhumda, əməyimdə və sevgimdə.
-Bəs, bu ölkədəki Azərbaycan diasporu, yaxud səfirliklə hansısa formada əlaqələriniz varmı?
-Əvvəlcə onu vurğulamaq istəyirəm ki, Özbəkistandakı fəaliyyətim zamanı Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlıq əlaqələrim mövcuddur. Bu əməkdaşlıq, sadəcə rəsmi deyil – ruhani bir birlik, mədəniyyətimizi birgə yaşatmaq və tanıtmaq missiyası kimi formalaşıb. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirlərdə tələbələrim xüsusi fəallıq göstərirlər.
Bununla yanaşı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində təşkil olunmuş Azərbaycan dili kursları da xüsusi önəm daşıyır. Bu kurslar yalnız dil öyrənmək üçün deyil, həm də Azərbaycan həqiqətlərinin, tarixinin və mədəniyyətinin Özbəkistan gəncliyinə düzgün və dolğun şəkildə çatdırılması məqsədi daşıyırdı. Bu layihəyə həm Özbəkistanda yaşayan azərbaycanlı gənclər, həm də bu dili sevən özbək tələbələr böyük maraq göstərdilər.
Biz bu çərçivədə 20 Yanvar – Qanlı Yanvar faciəsi, 26 Fevral – Xocalı soyqırımı, 2 Fevral – Gənclər Günü, 10 May – Ulu Öndər Heydər Əliyevin doğum günü, 28 May – Respublika Günü, 8 Noyabr – Zəfər Günü, 12 dekabr – Ümummilli Liderin anım günü və s. kimi mühüm tarixlərə həsr olunmuş açıq dərslər və tədbirlər keçirmişik. Hətta “Nar festivalı” çərçivəsində keçirilən tədbir yalnız mədəni deyil, həm də simvolik mənada yadda qaldı – nar təkcə bir meyvə deyil, bizim birliyimizin, zənginliyimizin rəmzidir.
Bu tədbirlər zamanı həm Azərbaycan tarixini təbliğ edir, həm də gənclərdə milli yaddaşın formalaşmasına töhfə veririk. Düşünürəm ki, bir müəllim üçün ən böyük sevinc tələbələrinin təkcə dili deyil, həmin dilin daşıdığı mədəniyyəti və dəyərləri də mənimsəməsidir.

Və qeyd etməliyəm ki, bu işlər təkcə mənim fərdi fəaliyyətimlə məhdudlaşmır – bu, bir vətənpərvərlik missiyasıdır, onu daşıyan hər kəsin sevgisi və zəhməti ilə bu coğrafiyada Azərbaycan ruhu yaşadılır və yaşadılmaqda davam edir.
-Təhsil sahəsində qarşıdakı planlarınız nədən ibarətdir?

-Onu qeyd etmək istəyirəm ki, Özbəkistanda çalışdığım bu bir il ərzində fəaliyyətim yalnız tədris saatları ilə məhdudlaşmayıb. Əksinə, Azərbaycan dilinin burada tanıdılması və təbliği istiqamətində çoxşaxəli fəaliyyətlər həyata keçirmişəm. Müxtəlif universitetlərdə təşkil olunan 20-dən çox elmi konfransda iştirak etmişəm və bu konfranslarda çıxışlarımı məhz Azərbaycan dilində etmişəm. Bu, həm Azərbaycan dilinin gözəlliyini nümayiş etdirmək, həm də dinləyicilərdə bu dilə maraq oyatmaq baxımından olduqca önəmli idi.
Azərbaycanın tanınmış media qurumları – İTV, ARB, Real TV kanalları və İTV-nin radio kanalı vasitəsilə Azərbaycan dilinin Özbəkistanda tədrisi və mədəni missiyamız barədə verilişlərdə çıxış etmişəm. Eyni zamanda, Özbəkistanın bir sıra dövlət televiziyalarında və aparıcı xəbər portallarında müsahibələrim yayımlanıb. Bu media platformaları vasitəsilə geniş auditoriyaya çıxmaqla Azərbaycan dili və mədəniyyəti haqqında maarifləndirici və təbliğat xarakterli mesajlarımızı paylaşmaq imkanımız olub.
Ən yadda qalan təşəbbüslərimizdən biri isə şübhəsiz ki, “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsi oldu. Bu müsabiqədə 30-dan çox özbək tələbə iştirak etdi və Azərbaycan şeir sənətinin incilərini böyük sevgi və məsuliyyətlə səsləndirdilər. Qaliblər – birinci, ikinci və üçüncü yerin sahibləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycana 1 həftəlik səfər etdilər. Onların sevincini, Bakıdan geri döndükdən sonra təəssüratlarını görmək mənim üçün ən böyük mükafat idi.
Hazırda Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəsmi “YouTube” kanalında Azərbaycan dili dərslərinə həsr olunmuş tədris videolarının çəkilişləri davam edir. Bu videolar gələcəkdə geniş auditoriyaya açıq olacaq və Azərbaycan dilini öyrənmək istəyənlər üçün dəyərli bir mənbə rolunu oynayacaq.

Əlbəttə ki, qarşıda planlar çoxdur. Bəzilərini gələcək müsahibələrdə paylaşacağam. Amma bu gün etiraf etmək istərdim ki, əsas məqsədim Azərbaycan dilini burada sistemli şəkildə tədris etmək və bu sahədə gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə verməkdir. Hazırda Azərbaycan dili üzrə dərslik və metodik vəsaitlərin hazırlanması üzərində çalışıram.
Eyni zamanda, bakalavr və magistratura səviyyəsində Azərbaycan dili üzrə diplom işləri üçün mövzu bazasının genişləndirilməsi, bu mövzular ətrafında elmi-tədqiqat işlərinin təşkili də planlarım sırasındadır. İnanıram ki, bu istiqamətdəki fəaliyyətlərimiz gələcəkdə həm Azərbaycan-Özbəkistan dostluğuna, həm də Türk dünyasında ortaq dil birliyinin möhkəmlənməsinə xidmət edəcək.
Süleyman İsmayılbəyli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see153

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see113

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri