Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan arasında münasibətlər sağlam siasi təməl üzərində qurulub

Azərbaycan və Özbəkistan arasında münasibətlər sağlam siasi təməl üzərində qurulub

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlər sağlam siyasi təməl üzərində qurulmuş strateji tərəfdaşlıqlardan biridir. İki qardaş ölkənin əlaqələri yalnız ortaq tarix, mədəni kimlik və dil birliyi ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki ölkə liderinin, cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, uzaqgörən strategiyası nəticəsində yeni inkişaf müstəvisinə yüksəlib. Rəsmi Bakı və Daşkənd ikitərəfli kontekstlə yanaşı, sevindirici haldır ki, Türk dünyasının inteqrasiya xəritəsində əsas aparıcı sütünlar kimi çıxış edirlər.

Bu mənada, Möhtərəm Prezident, cənab İlham Əliyevin Özbəkistanının Milli İnformasiya Agentliyinə verdiyi müsahibə ikitərəfli əlaqələrimizin xarakteristikası və inkişaf tendensiyasını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir.
Dövlət rəhbərimizin qeyd etdiyi kimi , ” bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.
Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.”

Azərbaycan xalqı hər zaman qardaş Özbəkistan xalqının dəstəyini, isti münasibətini hiss etmişdir. Keçmiş Qarabağ münaqişəsi zamanı rəsmi Daşkənd hər zaman ölkəmizin haqlı mövqeyini istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində müdafiə etmişdir. Xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı və post müharibə dövründə Özbəkistanın işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinə öz  töhfəsini verməsi birliyimizin əyani göstəricisidir.
Özbəkistan dövlətinin ayırdığı vəsait hesabına bu gün işğaldan azad etdiyimiz Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan ən müasir tələblərə cavab verən məktəb kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda həmin məktəbdə 600 şagird təhsil alır.

Siyasi əlaqələrlə paralel, iqtisadi tərəfdaşlığımız və onun  inkişaf tempi hər iki tərəfdə məmnunluq hissi yaradır. Özbəkistan iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla təmsil olunur və investisiya qoyuluşu hər keçən gün daha da artır. Artıq qarşımızda yeni çağırışlar və perspektivlər mövcuddur. Zəngəzur dəhlizinin reallaşdırılması fonunda yeni nəqliyyat maşurtlarının formalaşması Cənubi Qafqaz-Orta Asiya xəttində iqtisadi dinamikliyi artıracaq mühüm faktordur və bu əməkdaşlıq çoxvektorludur.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan – Özbəkistan münasibətləri özünün qızıl dövrünü yaşayır. Ən əsası cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyevin qətiyyətliliyi qardaşlıq bağlarımızın gələcəkdə daha güclü və sarsılmaz şəkildə inkişaf edəcəyinin qarantıdır.

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri