Icma.az
close
up
RU
Azərbaycan və Pakistan: Müttəfiqlikdən qlobal əməkdaşlığa ŞƏRH

Azərbaycan və Pakistan: Müttəfiqlikdən qlobal əməkdaşlığa ŞƏRH

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır.

Tarixi Zəfərdən sonra Azərbaycan xarici siyasətində dəyişməz prinsiplərə sadiq qalaraq ənənəvi tərəfdaşları ilə münasibətlərini daha da möhkəmləndirir və yeni əməkdaşlıq formatları yaradır. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri dost və müttəfiq ölkələrlə əlaqələrin strateji səviyyəyə yüksəldilməsidir. Bu kontekstdə Azərbaycan-Pakistan münasibətləri xüsusi yer tutur.

Bəs Azərbaycan və Pakistan arasında əməkdaşlıq gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcək? Bu münasibətlərin regiondakı geosiyasi vəziyyətə təsiri necə qiymətləndirilir?

Milli Məclisin deputatı Vüqar Rəhimzadə mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan-Pakistan münasibətlərinin inkişaf dinamikasından və perspektivlərindən danışıb. O qeyd edib ki, bu münasibətlər təkcə diplomatik və iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir:

"Azərbaycan və Pakistan arasındakı əməkdaşlıq uzun illərə dayanır və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında sıx münasibətlər formalaşıb. Bu gün də iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Son illərdə Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfərlərin intensivliyi münasibətlərin inkişaf dinamikasını açıq şəkildə nümayiş etdirir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər bu əməkdaşlığın gələcək inkişafına dair yol xəritəsini müəyyən edir".

Vüqar Rəhimzadə: Bütün addımlar regionda sabitliyə töhfə verir

Deputat xatırladıb ki, dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sənədləri imzalanıb: 

"Prezident İlham Əliyev görüş zamanı vurğulayıb ki, Pakistan və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyir və bu əməkdaşlıq davam edəcək. Bundan əlavə, iqtisadi, siyasi, müdafiə və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret addımların atılması qərara alınıb. Milli Məclisin deputatı bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında qarşılıqlı iqtisadi maraqlar mühüm rol oynayır. Ötən il Prezident İlham Əliyevin Pakistana səfəri zamanı 15 sənədin imzalanması, COP29 çərçivəsində keçirilən görüşlər və müxtəlif iqtisadi platformalarda müzakirələr bu münasibətlərin inkişafının davamlılığını təmin edir. Ötən ilin dekabr ayında Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də Pakistanla iqtisadi əlaqələrin gücləndirilməsinə əlavə imkanlar yaradır".

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Pakistan münasibətlərinin ən mühüm istiqamətlərindən biri müdafiə və hərbi əməkdaşlıqdır. Həmsöhbətimiz qeyd edib ki, bu gün Azərbaycan və Pakistan arasında müdafiə sahəsində müxtəlif səviyyələrdə sənədlər imzalanıb, hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi üzrə əməkdaşlıq genişləndirilib:

"Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil alır və peşəkar biliklərini artırır. Bundan əlavə, Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən birgə hərbi təlimlər regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Azərbaycan və Pakistan arasında strateji xarakter daşıyan münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda, mədəni və humanitar əməkdaşlıq da uğurla inkişaf edir"

Son olaraq Vüqar Rəhimzadə bildirib ki, iki xalqı birləşdirən əsas dəyərlər ortaq tarix, İslam dəyərləri və ənənələrdir. Bu yaxınlıq təkcə dövlətlərarası münasibətlərdə deyil, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıq münasibətlərində də özünü göstərir: 

"Bu addımlar regionda və dünyada sabitliyə töhfə verməklə yanaşı, Azərbaycan-Pakistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində daha da möhkəmlənməsinə xidmət edəcək",- Milli Məclisin deputatı fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri