Icma.az
close
up
RU
Azərbaycan və Qambiya parlamentlərarası dostluq qruplarının yaradılmasını müzakirə edib

Azərbaycan və Qambiya parlamentlərarası dostluq qruplarının yaradılmasını müzakirə edib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Qambiya əməkdaşlığı dərinləşdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək niyyətindədir.

525.az xəbər verir ki, müvafiq danışıqlar Azərbaycanın Mərakeş və Qambiyadakı səfiri Nazim Səmədovun 15-18 dekabrda Qambiyaya səfəri zamanı aparılıb.

Səfər çərçivəsində diplomat Milli Assambleyanın spikeri Fabakari Tombonq Catta, spikerin müavini Siidi Nciye, Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılarla İş üzrə Nazirliyin daimi katibi Labu Yanq, gənclər və idman naziri Bakari Baciye, eləcə də paytaxt Banjul şəhərinin meri Roha Malik Lou ilə görüşlər keçirib.

"Ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub", - Azərbaycan səfirliyinin məlumatında deyilir.

Görüşlərdə Azərbaycan və Qambiya arasında dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

"Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu kontekstdə qeyd olunub ki, iki ölkənin ali qanunverici orqanlarında dostluq qruplarının yaradılması parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər", - məlumatda deyilir.

Səfər zamanı səfir Səmədov Qambiyanın təhsil, tədqiqat, elm və texnologiyalar naziri Pyer Qomeslə birgə ölkənin aparıcı ali təhsil müəssisəsi olan Qambiya Universitetinin Farabadakı kampusunu da ziyarət edib. Eyni zamanda, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə universitetə dəstək imkanlarını nəzərdən keçirməsinə hazır olduğu, Qambiya tərəfinin müvafiq təklifləri nəzərdən keçirə biləcəyi qeyd edilib.

Bundan başqa, diplomat Qambiya Radio və Televiziya Şirkətinin (GRTS) mənzil-qərargahını ziyarət edib. Burada iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Qambiyada ölkəmiz haqqında məlumatlılığın artırılmasının, iki ölkənin media nümayəndələri arasında əlaqələrin genişləndirilməsinin və qambiyalı jurnalistlərin Azərbaycana tanışlıq səfərlərinin təşkilinin vacibliyi qeyd edilib", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see242

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see229

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see217

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see156

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri