Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan dövlət maliyyəsində şəffaflığı müzakirə edib FOTO

Azərbaycan və Qazaxıstan dövlət maliyyəsində şəffaflığı müzakirə edib FOTO

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Qazaxıstan arasında dövlət maliyyəsində şəffaflığın artırılması ilə bağlı əməkdaşlıq müzakirə edilib.
Demokrat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Qazaxıstan Ali Auditorlar Palatasının sədri Alixan Smayılov ilə görüşdə müzakirə edilib.
Məlumata görə, Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərlik etdiyi və Maliyyə Nazirliyinin əməkdaşlarının da təmsil olunduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir.
Görüşdə hər iki ali audit orqanı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qurumların fəaliyyəti barədə təqdimatlar edilib. 
Görüşdə ali audit orqanı ilə Maliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətin dövlət maliyyəsi sahəsində hesabatlılıq və şəffaflığın artırılmasındakı rolu vurğulanıb, büdcə vəsaitlərinin təyinata uyğun xərclənməsində birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Maliyyə Nazirliyinin nümayəndələrinin səfərdə iştirakı praktiki təcrübə mübadiləsinə, həmçinin büdcə idarəçiliyi və maliyyə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verir.
Bundan əlavə, hər iki ölkənin ali audit orqanlarının və maliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda dövlət büdcəsinin layihəsi və icrası, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi mövzularında təqdimatlar edilib, maliyyə idarəçiliyinə dair geniş təcrübə mübadiləsi aparılıb. 
Eyni zamanda, səfər çərçivəsində nümayəndə heyəti və Qazaxıstan Maliyyə Nazirliyi arasında dövlət büdcəsinin layihəsi və icrası prosesinə dair bir sıra məsələlər, o cümlədən gəlir və xərclərin proqnozlaşdırılması metodologiyası, büdcə vəsaitlərinin idarəedilməsi, nəticəəsaslı büdcə, maliyyə hesabatlılığı və s. üzrə müzakirələr aparılıb.   
Xatırladaq ki, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"ın 19-cu bəndinə əsasən iki ölkənin ali audit orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə ötən il 2024–2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı təsdiqlənib və tərəflər arasında əməkdaşlıq haqqında memorandum yenidən imzalanıb. Sözügedən sənəddə paralel auditlərin aparılması, kadrların peşəkarlığının artırılması məqsədilə təlim və seminarların təşkili, qabaqcıl təcrübə mübadiləsi üçün işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri