Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan tolerantlıq və dinlərarası harmoniya ənənələrini qoruyub saxlayır

Azərbaycan və Qazaxıstan tolerantlıq və dinlərarası harmoniya ənənələrini qoruyub saxlayır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 30 sentyabr, AZƏRTAC

Azərbaycan hər zaman dinlərarası harmoniya ideyalarını dəstəkləyib və onları beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanın təklif etdiyi platformalar vasitəsilə fəal şəkildə təbliğ edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzinə müsahibəsində bildirib.

O vurğulayıb ki, bu yaxınlarda Astanada Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki Qazaxıstan tarixən tolerantlıq, qarşılıqlı hörmət və etno-konfessional harmoniya mədəniyyətinin formalaşdığı ölkədir.

“Həm Qazaxıstanda, həm də Azərbaycanda multikulturalizmin, dinlərarası sülhün və əməkdaşlığın inkişafı üçün hər cür şərait yaradılıb”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın dünya dini liderlərinin qurultaylarında iştirakı təkcə mədəni və mənəvi sahələrdə deyil, həm də ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, 2008-ci ildə irəli sürülən “Bakı prosesi” təşəbbüsü bu baxımdan xüsusi rol oynayır. Azərbaycanın paytaxtı dini tolerantlıqdan tutmuş mədəni əməkdaşlığa qədər qlobal məsələlərin müzakirəsi üçün beynəlxalq platformaya çevrilib.

A.Atamoğlanov xatırladıb ki, Azərbaycan tarixən Şərqlə Qərbin qovuşma nöqtəsi olub, burada müxtəlif dinlərin və xalqların nümayəndələrinin hörmət və əməkdaşlıq ruhunda yaşadığı nadir cəmiyyət formalaşıb.

“Prezident İlham Əliyev tolerantlıq ənənələrini inkişaf etdirərək, onları dövlət siyasətinə çevirib və bu, təkcə ölkənin hüdudları ilə məhdudlaşmır. Bunun bariz nümunəsi Heydər Əliyev Fondunun təkcə Şərqdə deyil, Avropa ölkələrində də kilsələrin, dini abidələrin, muzeylərin bərpası və təmiri ilə bağlı gördüyü işlərdir”, - deyə o bildirib.

Səfir vurğulayıb ki, iqlim dəyişikliyindən tutmuş siyasi münaqişələrə qədər qlobal çağırışlar şəraitində Azərbaycanın təcrübəsi xüsusilə dəyərlidir. Çünki bu, daxili birlik, qarşılıqlı hörmət və ardıcıl siyasət əsasında sabit və dinc cəmiyyətin necə qurula biləcəyini nümayiş etdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11258

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see647

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see238

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see160

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see153

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see149

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see130

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see124

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri