Icma.az
close
up
RU
Azərbaycan və Rusiya Xəzərin dayazlaşmasını araşdıracaq Bakıda görüş

Azərbaycan və Rusiya Xəzərin dayazlaşmasını araşdıracaq Bakıda görüş

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə Xəzər dənizinin səviyyəsi, səviyyənin dayazlaşması tendensiyaları və bu prosesin səbəbləri, ekosistemə, o cümlədən bioloji resurslara təsirlərin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi sahəsində əməkdaşlıq, uyğunlaşma tədbirləri və fəsadların azaldılması yolları müzakirə olunub.

Hər iki tərəf dəniz səviyyəsinin dayazlaşması təsirlərini minimuma endirmək və bu prosesin qarşısını almaq üçün operativ və konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, mövcud məlumatların və elmi nəticələrin qarşılıqlı mübadiləsini təmin etmək barədə razılığa gəlib.

Görüşün sonunda Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və qurumların, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupun iclasının 2025-ci ildə Rusiya Federasiyasında keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, İşçi Qrup tərəfindən Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozların hazırlanması, genişmiqyaslı monitorinqlərin keçirilməsi üzrə tədbirlər planı hazırlanacaq. Eyni zamanda, dəniz səviyyəsinin dəyişməsinin sahilyanı ərazilərə təsirlərinin azaldılmasına yönəlmiş konkret addımlar, elmi araşdırmalar və digər uyğunlaşma tədbirləri həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri