Icma.az
close
up
RU
Azərbaycan və Serbiya parlament sədrləri mətbuata birgə bəyanatla çıxış ediblər

Azərbaycan və Serbiya parlament sədrləri mətbuata birgə bəyanatla çıxış ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, S.Qafarova Milli Assambleya sədrinin səfərini ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi adlandırıb. Onun sözlərinə görə, bu, eyni zamanda, əməkdaşlığı daha da genişləndirmək niyyətinin ifadəsidir.

Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ardıcıl inkişafından məmnunluğunu bildirən Sahibə Qafarova deyib ki, siyasi, iqtisadi, ticari, enerji və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir. Eyni zamanda, bir sıra istiqamətlərdə də əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanlar var.

Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərləri, müntəzəm görüşləri, dostluq münasibətləri ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişafında xüsusi rola malikdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından da çox vacib xarakter daşıyır.

S.Qafarova bu gün ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd edib.

Ana Brnabiçlə görüşdə parlamentlərimiz arasındakı əlaqələrin mövcud vəziyyətinin nəzərdən keçirildiyini söyləyən Sahibə Qafarova ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdə bu istiqamətin xüsusi yerə malik olduğunu bildirib. Vurğulayıb ki, 2023-cü ildə iki parlament arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu əlaqələrin mühüm bazasını təşkil edir. Ötən dövr ərzində parlament sədrlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına öz töhfəsini verib.

Qeyd olunub ki, tərəflər arasındakı görüşdə beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyət, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi, parlament komitələri arasında əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi kimi mümkün istiqamətlər nəzərdən keçirilib.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkələrimiz arasında münasibətlərin inkişafına uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. O, Azərbaycan-Serbiya parlamentlərarası münasibətlərin mükəmməl səviyyədə olduğunu, bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Ana Brnabiç qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlıq münasibətləri olduqca sıx və inkişaf etməkdədir. Onun sözlərinə görə, bu əlaqələr örnək təşkil edir. Azərbaycana səfərini səbirsizliklə gözlədiyini vurğulayan Serbiya parlamentinin sədri diqqətə çatdırıb ki, Bakı çox sürətlə inkişaf edir.

O, həmçinin Azərbaycanın dünyada ən etibarlı enerji təchizatçılarından biri olduğunu vurğulayaraq, deyib ki, Serbiya enerji sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, son 5 ildə Azərbaycan-Serbiya münasibətləri intensivləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri