Azərbaycan və Səudiyyə Ərəbistanı arasında həmkar qiymətləndirməsi üzrə Tapşırıq məktubu imzalanıb
Icma.az, Bizimyol saytına istinadən bildirir.
“Bizinyol.info” bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqari Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi çərçivəsində Bakıya səfər edib.
Səfər çərçivəsində Dr. Alanqari Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb. Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.
Palatanın sədri iki ölkə arasında yüksək səviyyəli münasibətlər fonunda ali audit orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmkar qiymətləndirməsinə dair aparılan ilkin müzakirələrin faydalı olduğunu qeyd edərək bildirib ki, bu qiymətləndirmə qurumun fəaliyyətinin təkmilləşməsinə mühüm töhfə verəcək.
Dr. Hussam Alanqari səmimi qəbul və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Hesablama Palatasının dövlət maliyyə nəzarəti sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib, qurumun beynəlxalq və ikitərəfli əməkdaşlıq formatında fəal iştirakını xüsusilə qeyd edib.
Görüş zamanı Dr. Alanqari Hesablama Palatasını Ərəb ölkələrinin Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) bu ilin noyabr ayında Ciddə şəhərində keçiriləcək 15-ci Baş Assambleyasında iştiraka dəvət edib. O, tədbirin ali audit qurumları arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli imkanlar yaradacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 İyul 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















