Azərbaycan və Səudiyyə sertifikatları qarşılıqlı şəkildə tanıyacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında ənizçilərin sahəsində sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi daxil olub.
Modern.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Komitənin iclasında “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















