Icma.az
close
up
RU
Azərbaycan və Suriya təşkilatları Memorandum imzaladı Əməkdaşlıq edəcəklər... (FOTO)

Azərbaycan və Suriya təşkilatları Memorandum imzaladı Əməkdaşlıq edəcəklər... (FOTO)

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bu gün Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının Təsis Konfransı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu ilə Suriya “Türkmənlərin Assosiasiyaları Federasiyası” arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“AzPolitika” xəbər verir ki, sənədi müvafiq olaraq Fondun prezidenti Əliməmməd Nuriyev və Federasiyanın sədri Tarik Cevizci imzalayıblar.

Təşkilatın yaydığı açıqlamada qeyd olunur ki, bu Memorandum yalnız iki təşkilat arasında hüquqi əməkdaşlıq sənədi deyil – həm də Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətləri arasında həmrəyliyin, sosial ədalətə, davamlı inkişafa və bərabərhüquqlu əməkdaşlığa bağlılığın rəmzidir.

“Memorandumun məqsədi tərəflər arasında sosial, hüquqi, ictimai və strateji sahələrdə əməkdaşlığın qurulması, birgə layihələrin icrası və resurs mübadiləsi əsasında vətəndaş cəmiyyətinin gücləndirilməsinə töhfə verilməsidir. Sənədə əsasən, tərəflər qeyri-hökumət təşkilatlarının institusional inkişafına dəstək, sosial problemlərin həlli istiqamətində icma əsaslı təşəbbüslər, gənclərin liderlik bacarıqlarının artırılması və hüquqi maarifləndirmə sahələrində birgə fəaliyyət göstərəcəklər”, - Fonddan bildirilib.

Açıqlamada həmçinin bildirilir ki, Memorandumun imzalanması Qlobal Cənub ölkələrinin QHT-lərini bir araya gətirən Bakı Konfransının ruhuna tam uyğundur. “Bu konfrans Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarından olan vətəndaş cəmiyyətlərinin ortaq platformasının formalaşdırılmasına xidmət edir. Azərbaycan bu prosesdə həm coğrafi, həm də ideoloji baxımdan mühüm bir körpü rolunu oynayır.

"Konstitusiya" Araşdırmalar Fondunun bu platformada aktiv iştirakı və Suriya türkmən icmasının əsas təmsilçi qurumu ilə əməkdaşlığa imza atması, Azərbaycanın yalnız regionda deyil, həm də daha geniş miqyasda sülh, inkişaf və vətəndaş həmrəyliyinə verdiyi töhfənin bariz göstəricisidir. Bugünkü memorandum göstərir ki, qeyri-hökumət təşkilatları yalnız sosial layihələrin icraçıları deyil, həm də beynəlxalq münasibətlər sisteminin və xalqlararası əməkdaşlığın əsas aktorlarıdır. Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətlərinin birləşməsi, dünyada güc mərkəzlərinin daha ədalətli və inklüziv şəkildə yenidən qurulmasına yönəlmiş alternativ yanaşmanı təşviq edir”, qurumdan verilən məlumatda qeyd olunur.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri