Icma.az
close
up
RU
Azərbaycan və türk alimlərinin birgə işi: “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” haqqında yeni monoqrafiya

Azərbaycan və türk alimlərinin birgə işi: “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” haqqında yeni monoqrafiya

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Türk düşüncəsinin xəzinəsi dünyaya açılır. Azərbaycan və türk alimlərinin hazırladığı “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” haqqında yeni monoqrafiya işıq üzü görüb.

Bakıvaxtı.az-ın məlumatına görə, iki qardaş ölkənin tanınmış alimləri – professor Mahira Hüseynova, dosent Elvin Talışınski, fəlsəfə doktorları Baha Ahmet Yılmaz, Fərahilə Babayeva-Şükürova, Şahismayıl İsmayılov və Cihangir İşbilir tərəfindən hazırlanmış ingilis dilində “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiya Türkiyədə nəşr olunub. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə ərsəyə gətirilib ki, bu da onun elmi etibarlılığını və strateji əhəmiyyətini daha da artırır.

Monoqrafiya türk xalqlarının minilliklər boyu inkişaf etmiş fəlsəfə tarixini, əsas intellektual meylləri və görkəmli filosoflarını sistemli şəkildə təqdim edən ilk fundamental araşdırmalardan biridir. Əsər qədim dövrlərdən başlayaraq türk cəmiyyətlərində formalaşmış ilkin fəlsəfi baxışların, kainat, həyat, ölüm, təbiət və insan haqqında təsəvvürlərin elmi təhlilini verir. Şamanizm, Tengrizm və animistik inancların fəlsəfi əsaslarının sistemləşdirilmiş şəkildə işıqlandırılması isə türk düşüncəsinin mənəvi köklərini dərinliklə üzə çıxarır.

Kitabda türk filosoflarının portret-esselərinin təqdim olunması, onların ideyalarının və elmi xidmətlərinin geniş şəkildə şərh edilməsi əsərin həm elmi, həm də maarifləndirici dəyərini artırır. Bu yanaşma türk dünyasının ortaq intellektual irsinin yalnız tarixi fakt kimi deyil, həm də müasir elmi diskursun bir parçası kimi öyrənilməsinə imkan yaradır.

Monoqrafiyanın tarixi əhəmiyyəti ondan ibarətdir ki, əsər türk xalqlarının birgə keçmişinə, ortaq mədəniyyətinə və intellektual irsinə nəzər salmaqla onların tarixi yaddaşını möhkəmləndirir. Bu kitab həm də milli kimliyin formalaşmasında fəlsəfi düşüncənin rolunu aydın şəkildə ortaya qoyur və türk xalqlarının ortaq köklərinin sistemləşdirilməsinə mühüm töhfə verir.

Əsərin siyasi əhəmiyyəti isə müasir dövrdə daha qabarıq görünür. Azərbaycanın müstəqillik dövründə türk dünyası ilə elmi və mədəni əlaqələrin güclənməsi, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi istiqamətində həyata keçirdiyi strateji siyasət və Qarabağ Zəfəri sonrası türk kimliyində baş verən milli oyanış bu monoqrafiyanın meydana gəlməsində əsas ilham mənbələrindən biri olmuşdur. Kitabın məhz Türkiyədə nəşr olunması isə onun həm elmi nüfuzunu artırır, həm də türk dünyasının intellektual inteqrasiyasına xidmət edən simvolik bir hadisə kimi dəyərləndirilir. Bu, iki qardaş ölkənin elm və mədəniyyət sahəsindəki birliyinin bariz göstəricisidir.

Xüsusilə vurğulamaq lazımdır ki, monoqrafiyanın ingilis dilində hazırlanması həm onun beynəlxalq elmi mühitə çıxışını təmin edir, həm də türk fəlsəfi irsinin qlobal miqyasda tanıdılmasına imkan yaradır. Beləliklə, əsər yalnız türk dünyasının daxilində deyil, Avropa, Amerika və Asiyanın akademik dairələrində də maraq doğuracaq, müqayisəli fəlsəfə, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası münasibətlər sahəsində mühüm istinad mənbəyinə çevriləcəkdir. Bu, həm də türk xalqlarının zəngin fəlsəfi və mədəni irsinin dünyada obyektiv təqdim olunmasına xidmət edir.

Monoqrafiya yalnız elmi çevrələr üçün deyil, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş fundamental mənbədir. O, türk fəlsəfi irsinin sistemli şəkildə öyrənilməsi ilə yanaşı, ortaq türk mədəniyyətinin, etnik və intellektual köklərinin anlaşılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir vasitədir. Bu əsər, həm akademik tədqiqatlarda, həm də türk dünyasının ortaq kimliyinin ideoloji əsaslarının möhkəmlənməsində strateji dəyər daşıyır.

Nəticə etibarilə, “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyası yalnız elmi araşdırma deyil, həm də türk dünyasının mədəni və intellektual birliyini möhkəmləndirən mühüm hadisədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri