Azərbaycan və Türkiyə birgə serial çəkir
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Akademik Milli Dram Teatrında xalq artisti Nurəddin Mehdixanlı ilə Türkiyənin “DEVİN Media Akademi” film şirkəti arasında müqavilə imzalanıb.
Kult.az xəbər verir ki, müqavilə Azdramda baş tutan mətbuat konfransında bağlanıb.
“Azərbaycan və Türkiyənin sənət adamları bu müqavilə fonunda daim əməkdaşlıq edəcəklər. İmzaladığımız müqavilə müddətsizdir. Təhsilyönümlü əməkdaşlığımız artıq var. Qısa müddətdə ilk serialımızın istehsalına başlayacağıq. Yaxın tarixdə Zəfər tariximizlə əlaqədar çoxseriyalı iş görməyi planlaşdırırıq”, - Mehdixanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdullah Qurbani isə hazırda bir ssenarinin hazır olduğunu bildirib.
Baxış sayı:131
Bu xəbər 22 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















