Icma.az
close
up
RU
Tramp Türkiyə ilə İranı savaşa çəkir? “Hizbullah” kilidi

Tramp Türkiyə ilə İranı savaşa çəkir? “Hizbullah” kilidi

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Prezidenti Donald Tramp indi də “Hizbullah”a qarşı mübarizəyə Suriyanı cəlb etmək istəyir.

O, bu yaxınlarda İsrailin Livandakı hərəkətlərini tənqid edərək, bəyan edib ki, Suriya “Hizbullah”ın öhdəsindən İsraildən daha yaxşı gələ bilər.

Aydın məsələdir ki, Tramp bu açıqlamanı elə-belə deməyib. Bununla o, böyük ehtimalla “Hizbullah”ın məhv edilməsindən daha böyük bir məqsədə nail olmaq istəyir.

Qeyd edək ki, hazırki Suriya hökuməti Türkiyənin ciddi dəstəyi altındadır. İran isə “Hizbullah”I müdafiə edir.

Bu fonda görəsən, Trampın açıqlamasının arxasında nə dayanır?

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, bu açıqlama hər şeydən öncə İsrail baş nazirinin çox hədsiz davranmasından qaynaqlanır:

“Netanyahunun özünün də qeyd etdiyi kimi, bəzən bir terrorçunu məhv etmək üçün bütöv binanı partlatmaqla onlarla, yüzlərlə insanı qətlə yetirmək məcburiyyətində qalır. Bu davranış isə, İsrailin özü kimi, onu dəstək olan ABŞ üçün də ciddi problemlər yaradır. Ona görə də bundan sonra İsraili dəstəkləmək ABŞ üçün ciddi imic itkisi, baş ağrısına çevrilir. Nəticədə Tramp bütün dünyanı İsrail və ABŞ-nin üstünə qaldırmaqdan qurtulmaq üçün “Hizbullah” məsələsində Suriyanı gündəmə gətirib”.

Amma ekspert Əhməd Əş Şaraanın buna gedəcəyinə inanmır:

“O hələlik tam nizami orduya belə malik deyil. Suriya ilə İsrail arasında da anlaşma yoxdur. Təl-Əviv hələ də Suriyanın bəzi ərazilərini işğalda saxlayır. Tramp isə hələ birinci hakimiyyəti dövründə Colan təpələrini İsrail ərazisi kimi tanıyıb. Belə olan təqdirdə Suriya hansı adla İsrailə yardım edəcək?”

Politoloq hesab edir ki, Suriyanın “Hizbullah”la mübarizəsi İran, ardınca Türkiyənin də prosesə müdaxiləsinə gətirib çıxaracaq:

“Məsələ sadəcə “Hizbullah”la Suriya arasında olacaq məsələ deyil. İran “Hizbullah”ın arxasında durur. Şaraanın razılıq verməsi İran Suriya qarşıdurmasına səbəb olacaq ki, bu da öz növbəsində Türkiyənin də prosesə müdaxiləsinə gətirib çıxarar. Əş-Şaraa Suriyanın indiki zəif və həssas durumunda ölkəni yeni bir müharibəyə cəlb etməz. Digər tərəfdən, Suriya rəhbərliyi ona dəstək olan Türkiyəyə arxa çevirməz. Suriyanın öz milli və dövlət maraqları var və bu maraqlar Türkiyənin təhlükəsizlik maraqları ilə uzlaşdırılır”.

N. Mirinin fikrincə, Tramp adətən spontan olaraq belə fikirlər səsləndirəndə onun mahiyyətinə varmır:

“Onun hara aparacağı, hansı nəticələr doğuracağını düşünmür. Ona görə də spontan deyilən fikri uzağa gediləcək konkret geosiyasi nəticələrlə əlaqələndirmək doğru olmaz”.

Rüfət Sultan, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri