Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimi

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Marmarisdə keçirilən “SAT-SAS-2024” hərbi təlimi noyabrın 29-dək davam edəcək

Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. İki qardaş dövlət olan Azərbaycanla Türkiyənin hərbi qüvvələrinin birgə hərbi təlimləri isə artıq ənənə halını alıb. Buna nümunə kimi iki ölkənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq” adlı birgə hərbi təlimlərini göstərmək olar. Eləcə də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimləri də xüsusi vurğulanmalıdır.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Birgə təlim noyabrın 29-dək davam edəcək.

Ümumiyyətlə, hazırda dünyada artan münaqişələr, qlobal təhdidlər belə hərbi təlimlərin davamlı olaraq keçirilməsini zəruri edir. Nəzərə alaq ki, bugünlərdə Türkiyəyə məxsus və Panama bayrağı altında üzən yük gəmisinə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hücum ediblər. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, “Anadolu S” gəmisi noyabrın 20-də Yəmən sularında hərəkətdə olduğu zaman husilər tərəfindən raket hücumuna məruz qalıb. Nazirlik bənzər hadisənin təkrar meydana gəlməməsi üçün zəruri tədbirlərin görüldüyünü bəyan edib. Bu hadisə göstərir ki, ölkələrimiz belə təhdidlərdən sığortalanmayıb. Ona görə də, iki qardaş ölkə arasında hərbi dəniz qüvvələrinin birgə hərbi təlimləri aktualdır.

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Onun sözlərinə görə,  Azərbaycan dövlətinin bu istiqamətdə sərgilədiyi mövqe beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoyur. Müttəfiqliyin ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də perspektivlər vəd edir. Nəzərə alaq ki, “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi bildirilir. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Yəni bu istiqamətdə siyasi iradə ortadadır. Bunun  nəticəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Onun sözlərinə görə, hazırda Türkiyədə davam edən “SAT-SAS-2024” birgə təlimi də bu baxımdan önəmlidir. Bu hərbi təlim heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“Əslində, düşünürəm ki, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Məşhur bir deyim var ki, “təlimdə nə qədər tər töksən, döyüşdə bir o qədər az qan axıdarsan”. Türkiyə ordusu NATO-nun ikinci güclü ordusudur. Azərbaycan Ordusunun belə bir güclü, müasir tələblərə cavab verən ordu ilə əməkdaşlığı, birgə təlimləri davam edəcək”,- deyə E.Həsənli vurğulayıb.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri