Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan və Türkiyə İranla bağlı necə davranmalıdır? TƏHLİL

Azərbaycan və Türkiyə İranla bağlı necə davranmalıdır? TƏHLİL

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İranla bağlı gərginliyin davam etməsi, ABŞ-nin hərbi donanmasının Yaxın Şərqdə daha böyük qüvvə ilə yerləşdirilməsi, Qərb dövlətlərinin, ümumilikdə Avropanın İrana qarşı sanksiyalarının genişləndirilməsi, SEPAH-ın terror təşkilatı elan edilməsi və digər anti-İran addımlar yenidən bir sualı gündəmə daşıyıb: ABŞ-İsrail bloku, yaxud bu ölkələrdən hər hansı biri İrana hücum edəcəkmi?

Yerləşdiyimiz mövqe və malik olduğumuz hərtərəfli müttəfiq əlaqələr bu suala bağlı olaraq ikinci bir sualın - əgər İrana hücum olarsa, Azərbaycan və Türkiyə necə davranmalıdır - cavabını vacib edir.

Bizə görə (müəllifə görə – red.) birinci sual əsas olsa da, ikinci sualın cavabı Azərbaycan və Türkiyə baxımından daha vacibdir. Ancaq ilk sualı da cavabsız qoymaq olmaz. Zira ilk sualı cavablandırmadan ikinci sualın cavabını anlamaq mümkün olmayacaq.

Elə isə, ABŞ-İsrail, yaxud bu iki ölkədən biri İrana hücum edəcəkmi?

Əslində, nə ABŞ, nə İsrail İrana birbaşa hücum istəyir. Bu iki dövlət rejimin nizamsız yıxılmasını planlamır, çünki kimsə mollaların devrilməsindən sonra İranda nələr olacağını, ölkənin gələcəyini proqnozlaşdıra bilməz. Çünki İran hansısa Venesuela deyil, Kuba deyil, Suriya, İraq vəs. bu qəbildən ölkələrə bənzəmir. Mollakratiya hər nə qədər məntiqsiz və ölkənin iqtisadi-siyasi çöküşünə səbəb olan siyasət yeritsə də, minilləri əhatə edən dövlətçilik təcrübəsi olan İranı idarə edirlər və İranın ideoloji birliyi, xalqının daxildə bir etnosun digərinə nifrət etsə də, xarici düşmənə qarşı ortaq dəyərlərdə birləşməsi amili onun əsas sərvətidir. Üstəlik, 1501-ci ildən İranda siyasi iqtidarı əlindən verməyən dini ideologiya bu gün bütün aclıq və susuzluğa qarşı mübarizədə əsas amilə çevrilib.

ABŞ da, İsrail də bunu anlayır. Və onlar İran–İraq müharibəsini də yaxşı oxuyublar. Nəzərə alaq ki, o zamanın İranına nəzərən indiki İranın silah sistemləri daha təkmil, ordusu daha təcrübəlidir. O zamana nisbətdə İran bu gün Yaxın Şərqin hər nöqtəsində proksi qüvvələr şəbəkəsi qurub, bölgənin müxtəlif ölkələrinə təsir edə bilir, bəzilərinə isə real təhlükə hesab edilir. Elə ərəb dövlətlərinin özləri etiraf edirlər kİ, İranın raket sistemləri onların onillərdir qurduğu bütün iqtisadi-texnoloji infrastrukturu məhv etmək əzmindədir. Ona görə də, gözləmək olar ki, İrana mümkün hücum anında ABŞ və İsrail ciddi logistika problemləri yaşayacaq, kimsə ərazilərini onlara açmayacaq. Açanlar real hədəf olacaq və ABŞ-nin İranda hesabladığı qısamüddətli zərbələrlə nəticə əldə etmək planı iflasa uğramaqla münaqişə eskalasiyaya məruz qalacaq.

Digər tərəfdən, hazırkı rejim bir vaxtlar Qərbin maraqlarına uyğun idi. Dinsiz sovetlərə qarşı mübarizə aparan qərblilər üçün mollakratiya, yəni şəriətin olduğu İran SSRİ-nin diqqətini cənub sərhədlərinə yönəldir, real təhlükə kimi qəbul edilməklə düşmənlərinin sayını artırırdı. Ancaq mollaların SSRİ-nin dağılması ilə Rusiya, daha sonra Çinlə əlaqələrini artırması kollektiv Qərb üçün təhlükə mənbəyi oldu. Çünki İranın ucuz neft və digər məhsulları Çin bazarlarında canlanmanın əsas dəstəkçilərindən birinə çevrildi, Rusiya ilə hərbi-siyasi yaxınlaşma Moskvanın Şərqi Avropada Qərbə meydan oxuması üçün şərait formalaşdıran səbəblərdən biri oldu. Nəzərə almaq lazımdır ki, Rusiyanın pilotsuz uçuş aparatları (PUA) sahəsindəki boşluqlarını tamamlayanlardan biri də məhz İran idi.

Bunları nəzərə alanda aydın olur ki, özünün maksimalist şəriətçi rejimi qorumaq üçün ölkəsinin maraqlarını xarici dairələrə qurban verən mollakratiya rejimi hər kəs üçün arzuolunandır.

Bəs Qərb niyə onlara təzyiq edir?

Çünki Qərb, xüsusilə ABŞ mollaları öz tərəfinə çəkməyə, İranın imkanlar ıilə Rusiya və Çinin güclənməsini əngəlləməyə çalışırlar. Mesaj aydındır: mollalar Qərbin şərtlərinə boyun əyməli, İranın maraqlarını bu dəfə Qərbə qurban verməlidirlər.

Bunu nəzərə alaraq demək olar ki, ABŞ son ana qədər (bütün təsir rıçaqları bitənə qədər – müəllif.) molla rejimini təzyiq və qorxu altında saxlamaqla, şərtlərini qəbul etdirməyə çalışacaq. Bu mümkünsüz olduqda isə, Qərbə faydasız olan İranın Rusiya və Çinə faydalı olmasını da əngəlləməyə, yəni rejimi dəyişmək üçün zərbə endirməyə başlayacaqlar.

Bəs həmin anda Azərbaycan və Türkiyənin İran siyasəti necə olmalıdır?

Əvvəlcə qeyd edək ki, niyəsə Azərbaycanda, bəzən iki yanaşma ilə qarşılaşırıq:

1. Bu, fürsətdir. İrana qarşı cəbhədə yer almalı, Güney Azərbaycan məsələsini həll etməliyik.

2. İran bizi də vura bilər, ona görə də onun yanında yer almalıyıq.

Bizə görə (müəllifə görə – red.) hər iki seçim yanlışdır. Alternativ tapmaq laızmdır. Gəlin izah edək:

1. İrana qarşı cəbhədə yer almaqla, biz əslində hədəf oluruq. Çünki mümkün müharibədə mollalar son anda onlara qarşı olan hər kəsə zərbə vurmaqla qisas alacaq. İndiki məqamda bizim, elə Türkiyənin də uzaq durmalı olduğu əsas məqam kimlərinsə marağına görə İranla qarşıdurmaya girməkdir. Əgər, bir gün İran bizə qarşı təxribat etməyə hazırlaşarsa, o zaman nə qədər yara alsaq da, canını da almalıyıq, ancaq indi hansısa ABŞ və ya İsrailin, yaxud Qərbin maraqlarına görə münaqişəni gözə almaq axmaqlıq olar. Həm də ki, bu mərkəzlərin heç biri bizə Güney Azərbaycan məsələsində müttəfiq olmayacaq, əksinə türk dünyasını birləşməsinin və hegemon ruhunu qaytarmasının qarşısında maneə olacaqlar.

2. Bizə heç İrana görə Qərblə də düşmən olmaq lazım deyil. Hər nə qədər könhə nizam (təkqütblü dünya sistemi – müəllif.) dağılmağa doğru getsə də, hələ də güc, beynəlxalq sistem və iqtisadiyyat onların əlindədir və yeni dünya sistemi (çoxqütblü dünya nizamı – müəllif.) hələ formalaşmayıb. Həmin ana qədər ilk növbədə Qərblə əlaqələri qorumaq, yeni dünya nizamı formalaşanda isə bəabərhüquqlu münasibətləri formalaşdırmaq labüddür.

Bəs alternativ seçim varmı? Varsa, nədir?

Bəli, bizim alternativ seçimimiz var.

II Dünya müharibəsi zamanı Türkiyə dövləti çox yaxşı yol izlədi. Döyüşən tərəflərə heç bir bloka qoşulmayacağını, heç bir tərəfə qarşı cəbhə almayacağını aydın bir dillə bildirdi. Əlavə olaraq qeyd edildi ki, əgər bloklardan hansısa biri Türkiyəyə hücum etmək, onu işğal etmək və ya hansısa formada ona zərər vurmaq istəyərsə, o halda rəsmi Ankara qarşı tərəflə ittifaq quracaq və qarşılıq verəcək. Bu, kifayət qədər çəkindirici addım idi və nəticəsində Türkiyənin belə qanlı savaşdan burnu qanamadan çıxması ilə nəticələndi.

Bu gün Azərbaycan da, Türkiyə də eyni təcrübəni, bu dəfə vahid ağızdan – müttəfiq tərəflər kimi mümkün müharibə tərəflərinə çatdırmalıdır. Hər iki tərəf yeni düşmən qazanmaqdan çəkinəcəyi üçün, bizim mövqeyimiz onlara aydın olacaq və kimsə Azərbaycan və Türkiyəni hansısa formada eskalasiyaya qatmağa cəhd etməyəcək. Çünki bu, həmin tərəf üçün düşmən qazanmağa bərabər addım olacaq.

Mümkün müharibənin sonuna doğru isə, nəticədən asılı olaraq dövlətlərimizin siyasətinə yenidən baxmaq olar. Qalib gələnin kim, məğlub olanın kim, yaxud qalib-məğlub olmadan geri çəkilənin kim olmasına görə üstün tərəflə kordinasiyanı artırmaq lazım gələcək.

Beləcə, Azərbaycan da, Türkiyə də münaqişə tərəfinə çevrilməməklə yanaşı, münaqişədən sonra yeni yaranacaq reallıqların da tərəfinə çevriləcək.

Həşim Səhrablı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Fevral 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri