Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə liderlərinin Budapeşt mesajları

Azərbaycan və Türkiyə liderlərinin Budapeşt mesajları

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Qurumun bütün tədbirləri kimi, bu toplantısı da həm türk dünyasına, həm də bütövlükdə, beynəlxalq aləmə vacib mesajların verilməsi ilə yadda qaldı. 

Tam əminliklə deyə bilərik ki, görüş TDT-nin dünyanın qlobal inteqrasiya təşəbbüslərinə, siyasi və iqtisadi inkişaf yükünün parametrlərinə sadiqliyinin vurğulanması ilə yadda qaldı. Daha doğrusu, təşkilat mövcud trayektoriyada özünün iddialı təsisat olduğunu vurğuladı. Bunu görüşün yekunları ilə bağlı imzalanmış bəyannamənin mətnində yer alan məsələlərin geniş spektri də təsdiqləyir. 

Bəli, TDT Macarıstan toplantısı ilə özünü beynəlxalq aləmə mühüm aktor kimi xatırlatdı. Şübhəsiz, qurumun Azərbaycanın 2025-ci ildə evsahibliyini gerçəkləşdirəcəyi 12-ci zirvə görüşü bu mənada daha fundamental qərarların çıxarılması ilə yadda qalacaq. İndilik isə TDT-nin ideya genişliyi kazusunu vurğulayan bir vacib məqama diqqət yetirək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT Dövlət başçılarının görüşündə bildirdi ki, keçmişdə Kiprdə, Qarabağda, Bosniyada, bu gün isə Qəzza zolağında baş verən faciələr TDT-yə üzv dövlətlər qarşısında sərhəd anlayışına fərqli yanaşmaq, yəni, miqyası geniş götürmək və bu genişliyə uyğun düşünmək vəzifəsini müəyyənləşdirib. Hesab edirik ki, bu, adi fikir deyil və özündə böyük məna çalarlarını daşıyır.

Əvvəla, cənab Ərdoğan keçmişdən nəticə çıxarılmasının vacibliyini önə çəkir. Əlbəttə, bu vaciblikdə müasir dövrlə uyğunlaşmaq, onun tələb və təkliflərini nəzərə almaq əzmi var. Çünki, mahiyyətcə, hazırda dünyada yaşanan hadisə və proseslər keçmişin acı təcrübəsinin təkrarlanması riskini formalaşdırmaq potensialındadır. Ona görə TDT və Türk dünyası, ən azı, passiv dayanmamalıdır. Başqa sözlə desək, Türkiyə lideri geridə qalmış atların güllələndiyi  düzəndə daha güclü təşkilatlanmanın əhəmiyyətinə dair mesaj verir. Nəzərə alaq ki, o, mesajının konkret konturunu da diqqətə çatdırır. 

Əlqərəz, Ərdoğan Türk dünyasının coğrafi üstünlükləri üzərində dayanır: “Şərq və Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən və strateji bir marşrut kimi ön plana çıxan Orta Dəhliz”dən söz açır: “Biz Orta Dəhlizin uğuru üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk və təşkilata üzv dövlətlərin dəstəyinə ümid edirik”.

***

Azərbaycan Orta Dəhliz ideyasının reallaşmasında mühüm halqadır. O da məlumdur ki, indiki durumda Ermənistan özünün anti-sülh dəstxəti ilə təkcə ölkəmizə deyil, eyni zamanda, Orta Dəhlizə müqavimət göstərir. Daha doğrusu, İrəvan məsələyə öz interpretasiyası ilə yanaşır ki, bunda ciddi avantürizm meyili var. Bu meyil Azərbaycanda və Türkiyədə, kifayət qədər, yaxşı dərk edilir. Əslində, TDT-yə üzv dövlətlər də durumun fərqindədirlər. Amma...

Rəsmi İrəvan irəli sürdüyü “Dünyanın kəsişməsi” təşəbbüsü ilə Ermənistanı Cənubi Qafqazın açar fiquruna çevirmək niyyətindədir. Özü də bu məqsəd yalnız onun özünün yox, həmçinin xaricdəki havadarlarınındır. İkincilər “erməni kartı”nı aktiv saxlamaq fikrindədirlər ki, bu kartın təhdid­edici mahiyyətini Azərbaycana ­davamlı təsir imkanına çevirsinlər. Ermənistanın “Dünyanın kəsişməsi” ilə Orta Dəhlizə interpreativ yanaşma tərzi də bundan qaynaqlanır. 

Bir halda ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan barış sazişi ilə bağlı şərtlərimizin yerinə yetirilməsindən danışmır, Avropa İttifaqına üzv dövlətlərə, bütövlükdə, Avropaya, həm rəsmi, həm də ictimai səviyyədə Azərbaycanı ölkəsi ilə hay avantürizminin qorunduğu sülh müqaviləsini imzalamağa vadar etmək çağırışını səsləndirir, habelə, regonal əməkdaşlıq modeli kimi, “Dünyanın kəsişməsi”ni bütün beynəlxalq platformalarda fəal təbliğ edir, deməli, rəsmi İrəvanın hansı məqsədin gerçəkləşməsinə xidmət etdiyi ortadadır. Əlbəttə, buna qarşılıq Ərdoğanın ­TDT-yə üzv dövlətləri Orta Dəhliz mövzusunda dəstəyə səsləməsi təbii və məntiqidir. 

TDT-nin Macarıstan Sammitindəki çıxışı zamanı Cənubi Qafqazda sabitliyin təminatında Azərbaycanın rolunu xüsusi vurğulayan Ərdoğan bunu da bildirib: “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət, heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox imkanlar yaradacaq. Bu baxımdan müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Türkiyə liderinin dilə gətirdiyi tezislər pafosdan uzaq və real qiymətləndirilməlidir. Çünki onun düşüncəsindəki sülh aktiv xassəyə malikdir. Sülh aktivliyinin məqsəd və məramını da vurğuladıq. Sərfəli və risklərdən uzaq mahiyyətini də həmçinin. Yəni, Türkiyə lideri, əslində, deyir ki, Azərbaycan özünün prinsipial və qətiyyətli mövqeyi ilə regional inkişaf, o cümlədən, bu inkişafın mühüm katalizatoru olacaq Orta Dəhliz ideyası uğrunda səylər göstərib və göstərməkdədir. Prezident İlham Əliyevin TDT-nin Macarıstan zirvəsindəki çıxışı zamanı vurğuladığı məqamlar da məhz bununla bağlıdır. 

***

Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcminin 2024-cü ildә 11 milyon ton təşkil etdiyini xatırladan ölkəmizin lideri də diqqəti Orta Dəhliz üzərində cəmləyib. Eyni ilə Ərdoğan kimi. Eyni zamanda, bir qədər detallı: “Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı – Tbilisi – Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”.

Hesab edirik ki, mesaj aydındır. Yəni, Azərbaycan Türk dünyasının tranziti baxımından vacib nöqtədir və bu, öz yerində. Amma ölkəmiz yalnız coğrafi şəraitin  verdiyi imkanlarla öyünmür, eyni zamanda, malik olduğu təbii xüsusiyyəti sabit dividendə çevirmək naminə fəaliyyət göstərir, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir. Daha dəqiq desək, Azərbaycan TDT dövlətləri üçün də rifah və asayiş vəd edən son dərəcə perspektivli layihənin reallaşması naminə maliyyə resursları xərcləyir. İndi qalır, buna qurumun müştərək adekvat münasibət göstərməsi. Adekvat münasibətin nədən ibarət ola biləcəyini isə Ərdoğan açıqladı və bu barədə bəhs etdik. Belə qənaətə gəlirik ki, Türkiyə lideri TDT-yə üzv dövlətlərin hamısının, belə demək mümkünsə, əlini daşın altına qoymasının vacibliyini vurğulayır və çox doğru olaraq, sərhəd anlayışını ikinci plana çıxarır. Hesab edirik ki, təşkilatın Macarıstan zirvəsində səslənmiş ən mühüm mesajlardan biri də məhz budur. Mesajın hansı əməli nəticələr verəcəyini isə qarşıdakı zaman kəsiyi göstərəcək. 

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri