Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə qardaşlığının daha bir nümunəsi

Azərbaycan və Türkiyə qardaşlığının daha bir nümunəsi

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ 50 mindən çox insanın həyatına son qoydu, yüz mindən artıq insan xəsarət aldı. Dəhşətli zəlzələ böyükmiqyaslı dağıntılara səbəb oldu. Azərbaycan dövləti və xalqı ilk gündən qardaş ölkənin yanında oldu və əlindən gələn bütün köməyi, dəstəyi göstərdi. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlət başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Qısa müddət ərzində bu məhəllə hazır oldu və iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi. Bu məhəllə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun daha bir nümunəsi oldu.

Qeyd edək ki, tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

Prezidet İlham Əliyev açılış mərasimindəki nitqində Azərbaycan xalqının bu faciəni öz faciəsi kimi qəbul etdiyini, ilk gündən on minlərlə azərbaycanlının Bakıda, ölkəmizin müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başladığını söyləyib: "Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir".

Dövlət başçısı deyib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub: "Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".

Prezident Ərdoğan isə "Azərbaycan" məhəlləsinin açılması ilə "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik etdiyimizi söyləyib: "Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev mövzu ilə bağlı "525"ə deyib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində minlərlə insan həyatını itirdi. Türkiyə çox çətin bir dövrə daxil oldu, amma dövlət olaraq bu çətinliyin içindən çıxmağı bacardı: "Həmin dövrdə Azərbaycan həm dövlət, həm xalq, həm ictimaiyyət səviyyəsində qardaşlarının köməyinə çatmaq üçün əlindən gələni etdi. Mən bir anlığa onları gözümün qarşısında canlandıranda, 44 günlük Vətən müharibəsini xatırladım. Vətən müharibəsində Azərbaycan xalqı cəbhədə əsgərimizə, ordumuza dəstək vermək üçün necə təşkilatlanmışdırsa, Türkiyədə baş verən zəlzələ zamanı elə idi. Bu, təbii bir təşkilatlanma idi. Heç kimə, heç nə deyilmədi, kimin nəyə gücü çatırdısa, onu etməyə çalışırdı. Bu, əslində onu göstərir ki, Azərbaycan xalqı milli məsələsi olaraq gördüyü torpaqlarının azad edilməsinə necə can atırdısa, Türkiyənin məsələsini də öz məsələsi olaraq görür. Bunu baş verən hadisələr sübut edir. Eyni hal Türkiyədə də var. Türkiyə Azərbaycanı öz milli məsələsi olaraq görür".

C.Vəliyev əlavə edib ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərinin bir sıra təməl sütunları var. Bunlar zamanla yerini dəyişə bilir, hansısa birinci, hansısa üçüncü ola bilir. Yəni zamanla yerlərini dəyişsələr də, bir-birindən ayrılmayacaq təməl sütunlardır.

Onun sözlərinə görə, bunun birincisi tarixdir: "Bura mədəniyyəti də, ortaq dili də daxil edə bilərik, lakin düşünürəm ki, burda əsas məsələlərdən biri bizim siyasi tariximizin, siyasi keçmişimizin eyni ideoloji mənbədən bəslənməsidir. İkincisi, xalqlarımız arasında münasibətlərdir. Türkiyədə Azərbaycan sadəcə hakimiyyət üçün yox, türk xalqı üçün də bir milli məsələdir. Eləcə də Azərbaycanda da Türkiyə.

Üçüncüsü, hər iki dövlətin regionda olan siyasi maraqlarıdır. Bəli, biz bu gün deyirik "Bir millət, iki dövlət"ik, mənəviyyat çox böyük rol oynayır, amma siyasi maraqların üst-üstə düşməsinin çox böyük rolu var və liderlər arasındakı münasibətlər olduqca vacib aspektdir. Bu gün cənab Prezidentlə Türkiyə lideri arasında olan dostluq münasibətləri bəzən çox daha əhəmiyyətli rol oynayır. Əgər onların arasında dostluq münasibətləri olmasaydı, qeyd etdiyim üç məqamı bir anda xarici qüvvələr dağıda bilərlər. Onu da deyim ki, dağıtmaq istəyənlər də var və onlar kifayət qədərdir. Bu mənada Azərbaycan Türkiyə münasibətlərinə baxanda biz görürük ki, belə ağır, çətin məqamlarda da bir-birimizə daha çox yaxınlaşırıq. Türkiyədə zəlzələ olan zaman ilk köməyə çatan Azərbaycan oldu. Başqa dövlətlər də getdilər, ancaq çox qısa müddət sonra geri çəkildilər. İkincisi, Türkiyənin yaralarını sarımaq üçün davamlı dəstək göstərilmədi. Amma Azərbaycan orda bir Azərbaycan tikdi. Bu, mənəvi olaraq belədir. Artıq Türkiyənin içində kiçik bir Azərbaycan var. Bu, Kahramanmaraşdadır. Türkiyənin hər şəhərində, hər qəsəbəsində ya Azərbaycan küçəsi, ya Heydər Əliyev parkı, ya Xocalı küçəsi var. Yəni Azərbaycanı xatırladan bir şey var. Türkiyənin içində bir Azərbaycan tikildi və bundan sonrakı dövrdə bunlar bizim müttəfiqliyimizi möhkəmləndirən məqamlardır".

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında bir çox məsələlər var ki, onlar şüar olmaqdan çox irəli gedib: "Biz artıq bir ordudan, tək xarici siyasətdən bəhs edirik, vahid nəqliyyat siyasətindən danışırıq. Bunlar hamısı Azərbaycan-Türkiyə münasibətlərini təcəssüm etdirir. Bu kimi mənəvi hadislərin çox mühüm rolu var. Son 34-35 ili analiz edəndə qarşıya belə bir mənzərə çıxır ki, sovet ittifaqı dağıldıqdan sonra Cənubi Qafqazda bir boşluq yarandı. Bu zaman Cənubi Qafqazda siyasəti olan hər böyük dövlətin özünəməxsus yanaşması var idi. Kimsə Azərbaycan ərazilərini işğal etmək üçün Ermənistanı dəstəklədi, kimsə Azərbaycanı parçalamaq istədi, kimsə Gürcüstanı parçalamaq istədi, kimsə bölgədə digər dövlətlərin buranı işğal etməsi üçün dəstəklədi. Amma Azərbaycan və Türkiyə əməkdaşlığı o dövrdən də tam fərqli bir ab-hava yaratmağa çalışdı. Bu regional əməkdaşlığı, regionun rifahına, sabitliyinə, inkişafına xidmət etmək, onun qarşıdurma məkanı deyil, bir əməkdaşlıq məkanı halına gətirməyi təcəssüm etdirir. Bu gün də cənab Prezidentin xarici siyasətinin əsasını bu təşkil edir. Biz iki ölkə olaraq ilk növbədə Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirdik. Bu layihə asan başa gəlmədi, bu layihə regiondakı vəziyyəti tamamilə kökündən dəyişdi. İkincisi, təbii qaz xətti - Bakı-Tbilisi-Ərzurum, bu gün şimal axının əsasını təşkil edən qaz xətti idi. Bakı-Tbilisi-Qars dəmir yolu - əgər bu olmasaydı, biz Orta Dəhlizdən danışmayacaqdıq. Bu layihəni həyata keçirmək üçün bizə maliyyə dəstəyi verilmədi, bankların kredit verməsinə qadağa qoyuldu, siyasi təzyiqlər artdı ki, Ermənistandan keçməsə, bu layihə reallaşdırıla bilməyəcək. Amma biz bunu da bacardıq.  Bir çox dövlətlərin buranı qarşıdurma mərkəzi halına gətirməyə çalışdığı zaman Azərbaycan və Türkiyə regionu əməkdaşlıq platforması halına gətirməyi bacardı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri