Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı sülh və sabitliyə xidmət göstərir ŞƏRH

Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı sülh və sabitliyə xidmət göstərir ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. MN-də keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Hərbi ekspert Ramil Həsənli “Sherg.az”a söyləyib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq ötən əsrin 90-ci illərinə dayanır. Məhz 1990-ci ildən başlayaraq iki ölkə arasında “strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb:


“Müqavilənin müddəalarından biri də hərbi, siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu Azərbaycan-Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-siyasi əməkdaşlığın formalaşmasına və  inkişafına gətirib çıxardı. Təbii ki, hər iki ölkənin siyasi iradə nümayiş etdirməsi münasibətləri daha da dərinləşdirdi. Ötən onilliklər ərzində Azərbaycan və Türkiyə münasibətləri müxtəlif inkişaf və böyük layihələrin icra olunması dövrü yaşayıb. Hər bir halda Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq əsasən inkişaf trayektoriyasıyla yadda qalıb. Hərbi-texniki sahədə layihələrin baş tutması, Silahlı Qüvvələrimizin müxtəlif qoşun növlərinin birgə təlimlərinin keçirilməsi müsbət haldır. Türkiyə Quru Qoşunlarının Komandanlığının Azərbaycanda olması və bir sıra görüşlərin həyata keçirilməsi əlaqələrin daha da dərinləşməsinə və yarana biləcək sualların aradan qaldırılmasına xidmət edəcək. İki ölkə arasında olan hərbi əməkdaşlıq digər ölkələr üçün nümunədir. Digər türk dövlətləri də Azərbaycan-Türkiyə və öz aralarında hərbi əməkdaşlığı dərinləşdirə, Türk Dövlətləri Təşkilatında bir sıra təlimlərin bünövrəsi qoyula bilər. Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı regionda sülh və sabitliyə xidmət göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri