Icma.az
close
up
RU
Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır: Zahid Oruc

Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır: Zahid Oruc

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq siyasi gündəliyi izləyərkən bir-birini sürətlə əvəzləyən qlobal toqquşmaların coğrafiyasının genişləndiyini, dünyanın yenidən bölüşdürülməsinin həlledici mərhələyə daxil olduğunu görürük. 3 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində ortamənzilli strateji silahların işə salındığı bir vaxtda Qəzzadan Livana, daha sonra Suriyaya yayılan savaş, nəhayət hakimiyyət dəyişikliyinə səbəb oldu.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirir ki, qonşu Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyəti zorla dəyişmək istəyən Qərb dövlətləri küçə və meydan döyüşlərindən sonra silahlı toqquşmalara zəmin hazırlayır:

“Son günlər NATO baş katibi Rutte gürcü hakimiyyətini ordunun müdaxiləsi ilə şantaj etdi. ABŞ, Avropa Birliyi “qızılgül inqilabı”ndan sonra Gürcüstana sahiblik üçün xərclədikləri 20 milyard dolların hesabını tələb edir, hakimiyyətin bütün qollarındakı təsir agentlərini üsyana, siyasi itaətsizliyə qaldırırlar. Bəli, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır. Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tiflis üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlıların taleyini, 4 milyard dollardan çox sərmayəmizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar.”

Zahid Oruc həmçinin Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalar olduğunu qeyd edir:

“Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük Qayıdışın və Yeni Vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz  bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb.Dəməşqdən sonra başqa ərəb dövlətlərində də Türkiyəyönümlü hakimiyyətlər qurula bilər. Lakin Yaxın Şərqdə qalib gəlib Cənubi Qafqazı əldən vermək olmaz. Xalqın iradəsi ilə Suriyada rejimi dəyişməyə beynəlxalq hüquq çərçivəsində kömək edən qardaş ölkə üsyanın ilk olaraq, başlandığı türkmanların-azərbaycanlıların yaşadığı Hələbdə olduğu kimi, Gürcüstanda da yüz minlərlə soydaşımızın mənafelərinin qorunmasında Azərbaycan lideri İlham Əliyevin strategiyası ilə hərəkət edəcəyinə, Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq. Suriyanın bütövlüyünü təmin etmək mümkün olsa, Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır. Daha sonra Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Bakı ilə quru yollarla birləşməsi Gürcüstan və Ermənistanı türk dünyasına qarşı çevirmək planlarına zərbə vuracaq, Türkiyə və Azərbaycanın Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük regionda növbəti qələbəsi olacaq”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri