Icma.az
close
up
RU
Azərbaycan və Venesuela XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Venesuela XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Venesuela arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadi-ticarət, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğunun, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu qeyd edən nazir Ceyhun Bayramov belə müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkat çərçivəsində qarşılıqlı dəstəyə və həmrəyliyə əsaslanan əməkdaşlığımızın məmnunluq doğurduğu, çoxtərəfli platformalar çərçivəsində əlaqələrin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

2025-ci ildə Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı bildirilib.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay COP29-a uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, konfransın yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu deyib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti - 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri