“Azərbaycan vədlər diyarı”: Polşa mətbuatı Puxaçdan yazdı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” futbol komandasının polşalı müdafiəçisi Timoteuş Puxaçın karyerasındakı yüksəliş ölkəsinin mətbuatında diqqət mərkəzinə düşüb.
İdman.Biz “Mymistrzowie” nəşrinə istinadən xəbər verir ki, futbolçunun Azərbaycana transferi onun karyerasındakı ən uğurlu qərar kimi qiymətləndirilib.
“Azərbaycan - vədlər diyarı” adlı bölmədə bildirilir ki, Almaniya, Türkiyə, Yunanıstan və İngiltərədə çıxış edən Puxaç məhz Bakıda özünü yenidən tapıb.
Məqalədə vurğulanır ki, müdafiəçinin 2025-ci ilin sonunda “Sabah”a icarəyə keçməsi, 2026-cı ilin mayında isə transferinin rəsmiləşdirilməsi onun karyerasında dönüş nöqtəsi olub.
Polşa nəşri Puxaçın “Sabah”la Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanmasını, həmçinin Çempionlar Liqasının əsas mərhələsində çıxışını xüsusi qeyd edib.
Müdafiəçinin “Mançester Yunayted” və “Slaviya” (Praqa) ilə qarşılaşmalarda 90 dəqiqə meydanda olduğu, oktyabrın 20-də isə Dortmund “Borussiya”sına qarşı oyunda məhsuldar ötürmə ilə fərqləndiyi xatırladılıb.
Məqalədə qeyd edilir ki, Puxaç Azərbaycanda yalnız əvvəlki idman formasını bərpa etməyib, həm də şəxsi həyatında sabitlik qazanıb.
Məqalədə futbolçunun Almaniyada yaşadığı çətinliklərə də toxunulub. “Union Berlin”də əsas heyətə düşə bilməyən, “Holştayn Kil”də isə ehtiyatda qalan Puxaçın “Sabah”a keçməzdən əvvəl karyerasının inkişafından narazı olduğu qeyd edilib.
Polşa nəşri müdafiəçinin Bakı klubundakı uğurlarının milli komandaya qayıtmasına şərait yaratdığını da vurğulayıb. Bununla belə, Puxaçın Polşa yığmasındakı mövqeyini hələ tam möhkəmləndirə bilmədiyi bildirilib.
Qeyd edək ki, 27 yaşlı futbolçu Polşa millisində 16 oyun keçirib. O, 2026-cı ilin payızında baş məşqçi Yan Urban tərəfindən yenidən yığmaya dəvət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 28 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















