Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan bu il də dünyanın ən nüfuzlu incəsənət platformalarından biri olan Venesiya Biennalesində öz zəngin mədəni kimliyini və müasir bədii düşüncəsini təqdim edir. Mayın 7-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

APA xəbər verir ki, Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və bu dəfə Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunur. “Diqqət” müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir. Pavilyonun mərkəzində rəssamın bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim edilir.

Pavilyon Azərbaycanın yalnız bədii-estetik dünyasını deyil, həm də onun fəlsəfi düşüncə ənənəsini, mədəni yaddaşını və müasir texnoloji baxışını qlobal auditoriyaya təqdim edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanın artıq 19 ildir Venesiya Biennalesində uğurla təmsil olunması ölkəmizin beynəlxalq mədəniyyət siyasətinin mühüm nailiyyətlərindən biridir. O vurğulayıb ki, bu uğurun əsasında Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət dayanır. “Venesiya Biennalesi kimi prestijli platformada iştirak ölkəmizin zəngin mədəni irsini və müasir incəsənət potensialını beynəlxalq auditoriyaya çatdırmaq üçün nadir fürsətdir”, – deyə Anar Ələkbərov qeyd edib.

Venesiya Biennalesinin prezidenti Pyetrancelo Buttafuoko (Pietrangelo Buttafuoco) çıxışında Azərbaycan pavilyonunun yalnız incəsənət hadisəsi deyil, həm də dərin mənəvi-estetik təcrübə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalçalarında əks olunan rənglər və işarələr vasitəsilə sənətin universal dili insanı daxili aləminə doğru yönəldir. P. Buttafuokonun sözlərinə görə, sənət insanlığın ortaq mənəvi ehtiyacıdır və bu gözəllik sərhədləri, dilləri və nəsilləri aşaraq xalqları birləşdirmək gücünə malikdir. O, Azərbaycanı Venesiya Biennalesinin ayrılmaz və mühüm tərəfdaşlarından biri kimi qiymətləndirib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov vurğulayıb ki, milli pavilyon yalnız sənət nümunələrinin sərgiləndiyi məkan deyil, həm də Azərbaycanın ruhunu, tarixini və mədəni kimliyini dünyaya təqdim edən mühüm platformadır. Səfir bu layihənin beynəlxalq mədəni əməkdaşlıq və sivilizasiyalararası dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun kuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) bu işdə əməyi olan hər kəsə təşəkkür edib və təqdim olunan layihədən danışıb.

“Diqqət” layihəsinin müəllifi, Əməkdar rəssam Faiq Əhməd müasir incəsənətdə özünəməxsus vizual dili ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığında əsas element kimi çıxış edən xalça bu dəfə də layihənin mərkəzi fəlsəfi rəmzinə çevrilib. Ənənəvi Azərbaycan xalça sənəti burada yalnız dekorativ element deyil, kollektiv yaddaşın, zamanın və insan şüurunun metaforası kimi təqdim olunur.

Layihənin konseptual əsasını böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi irsi təşkil edir. Hürufi düşüncə sistemindən ilhamlanan ekspozisiya immersiv və multimodal məkan həlli vasitəsilə tamaşaçını daxili düşüncə səyahətinə dəvət edir. Burada hərf, işarə və simvollar kainatın gizli kodları kimi təqdim olunur.

“Diqqət” layihəsinin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə ənənəvi incəsənətlə qabaqcıl texnologiyaların sintezidir. Ekspozisiyada kvant əsaslı sistemlər, neyroreaktiv və data əsaslı texnologiyalar inteqrasiya olunaraq, yeni estetik və fəlsəfi təcrübə yaradılıb. Layihədə hürufi fəlsəfəsi ilə müasir kvant fizikası arasında paralellər qurulur: hər iki yanaşmada reallıq dəyişməz deyil, diqqət, qarşılıqlı təsir və interpretasiya vasitəsilə formalaşır.

Beləliklə, “Diqqət” yalnız bir sərgi deyil, həm də insan şüuru, informasiya, yaddaş və reallıq haqqında çağdaş fəlsəfi düşüncənin bədii manifestinə çevrilir. Müasir dünyanın informasiya yüklənməsi, xaos və qeyri-müəyyənliklə xarakterizə olunan reallığında layihə insanı yenidən daxili harmoniya və mənəvi bağlantı axtarışına səsləyir.

Azərbaycan pavilyonunun builki təqdimatı bir daha nümayiş etdirir ki, ölkəmiz qlobal mədəni proseslərin fəal iştirakçısı olmaqla yanaşı, Şərq və Qərb arasında mənəvi-estetik körpü rolunu uğurla davam etdirir.

1895-ci ildən keçirilən Venesiya Biennalesi dünya incəsənətinin təqdim olunduğu nəhəng bir platformadır.

İki ildən bir keçirilən Venesiya İncəsənət Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. 2025-ci ildə isə Azərbaycan ilk dəfə Venesiya Arxitektura Biennalesində təmsil olunub.

Azərbaycan Venesiya İncəsənət Biennalesində hər dəfə fərqli ekspozisiyalarla tamaşaçıların marağına səbəb olur. Ötən illərdə Azərbaycan pavilyonu həm də iştirakçı ölkələr arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilib. Bu beynəlxalq incəsənət platformasında ölkəmizin hər dəfə müxtəlif rəssam və heykəltəraşlarımızın əsərləri ilə çıxış etməsi Azərbaycan incəsənəti və müasir rəssamların dünyada tanıdılmasında, mədəni mübadilədə xüsusi rol oynayır.

Mayın 9-dan ziyarətçiləri qəbul edəcək 61-ci Venesiya İncəsənət Biennalesi noyabrın 22-dək davam edəcək.

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə Məşhur aktyor vəfat etdi "İşıq rəssamı"nın qaranlıq tərəfi: Milyonlar qazandıran nağılvari rəsmlərin arxasındakı faciə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 May 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri