Icma.az
close
up
RU
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü Foto

Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü Foto

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.

Bu sözləri Axar.az-a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib.

Ananın sözlərinə görə, 8 aya yaxındır oğlu ilə bağlı hər hansı məlumat əldə edə bilmir:

“Oğlum Ağamir Rauf oğlu Əzimov 10 may 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın idi ki, Moskvada yaşayırdı.

20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə zamanı bildirdi ki, Rusiya ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə saxlanılaraq, Miqrasiya İdarəsinə aparılıb. Orada psixi və fiziki zorakılığa məruz qalıb. Ardınca Ukraynada keçirilən hərbi əməliyyatlarda iştirak üçün aparılacağı bildirilib, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsi ziddinə 423 nömrəli müqavilə bağlamağa məcbur edilib və hərbi əməliyyatlarda iştirak üçün göndərilib.

Oğlumun vəziyyəti pisdir, o, hazırda Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb”.

S.Hüseynova qeyd edib ki, məsələ ilə bağlı müraciət etmədiyi yer qalmayıb:

“Aylardır oğlumun olduğu yerin müəyyən edilməsi və ölkəmizə qaytarılması ilə bağlı zəruri tədbirlər görülməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə, ombudsmana, Rusiya və Ukrayna arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsini həyata keçirən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukraynanın Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukrayna Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişik, heç bir nəticə olmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see243

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see162

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see148

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri