Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışa təyinat alıb
Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
AVF-dən verilən məlumata görə, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul" (Türkiyə) və “Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
AzNews.az

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışa təyinat alıb
09 Dekabr 2024 09:17
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq matça təyinat alıb
07 Yanvar 2025 11:14
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb
04 Mart 2025 12:25
Voleybol Federasiyasının rəsmisinə növbəti təyinat
12 Noyabr 2024 21:38

