Icma.az
close
up
RU
Azərbaycan Vyetnam: konstruktiv siyasi dialoq hərtərəfli əməkdaşlığın dərinləşməsini şərtləndirir

Azərbaycan Vyetnam: konstruktiv siyasi dialoq hərtərəfli əməkdaşlığın dərinləşməsini şərtləndirir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri ilə əlaqədar 7 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatla bir çox önəmli məsələlərə toxunmuş, bir sıra vacib razılaşmaların və uğurlu layihələrin mövcudluğundan məlumat vermişdir.

Ölkə başçısının bəyənatından bəlli olmuşdur ki, cənab To Lamın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması çox mühüm bir addımdır. Bu bəyanat həm də ciddi və ölkələrimizin əlaqələrini daha möhkəmləndirən siyasi bir sənəddir. Ölkələrarası bu münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.
Hər iki ölkə rəsmisi arasında baş tutmuş görüş eyni zamanda dövlətlərin bir çox istiqamətlərdə razılığa gəlməsi və mühüm sənədlərin imzalanması ilə nəticələnmişdir. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar Azərbaycanla Vyetnamın qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi bir addım olmuşdur. Bu iki dövlətin müsbət əlaqələri ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə də çox ciddi əməkdaşlığın formalaşmasına səbəb ola bilər.
Ölkə rəsmiləri arasında energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycanla Vyetnam yaxın gələcəkdə bu sahədə əməkdaşlığını daha da genişləndirəcəkdir. Tezliklə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası ölkələrin ticarət əməkdaşlığı üçün həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələlərinin həll olunmasını, eləcə də ölkələrin bu istiqamətlərdə əməkdaşlığını daha da sürətləndirəcəkdir.
İmzalanmış Birgə Bəyanata daxil olan sənədlərdən biri də bərpaolunan enerji növlərinin istehsalı ilə bağlıdır. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Bunun üçün Vyetnam şirkətlərinin də bu sahədə ölkəmizə investisiya yatırması layihələrimizin daha da artmasına və güclənməsinə səbəb olacaqdır. Bu eyni zamanda ölkəmizin iqtsadi inkişafı üçün də bir təkan olacaqdır.
Hər iki ölkə arasında həmçinin Müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi də önəmli məsələlərdəndir. Çünki həm Azərbaycanda, həm də Vyetnamda sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Bu istiqamətdə də əlaqələrin gücləndirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın göstərilməsinin hər iki dövlətə yüksək faydası olacaqdır.
Vyetnamla Azərbaycanın Beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti olduqca bəyəniləndir. Vyetnam bir neçə il öncə Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə Azərbaycan Vyetnama hər zaman minnətdardır. Ölkələrimiz həm də Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Bu iki dövlətin beynəlxalq hüququn aliliyinə dair baxışlarında da heç bir fikir ayrılığı yoxdur. Hər iki dövlət düşünür ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.
Müzakirə olunan məsələlərdən biri də ölkələri birləşdirən nəqliyyat infrastruktur layihələridir ki, Azərbaycan Vyetnam həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilər.
Ölkə rəsmiləri arasında keçirilən görüş, qəbul edilən qərarlar və imzalanan mühüm sənədlər onu deməyə əsas verir ki, hər iki dövlət müzakirə olunan bütün istiqamətlərdə eyni fikirdədir və vahid mövqedən çıxış edir. Eləcə də siyasi, iqtisadi və digər baxışlarda da bir çox oxşarlıqlar vardır. Bu görüş hər iki dövlətin iqtisadi, siyasi, ticari və bir çox maraqlarını daha da artıracaq, mövcud əlaqələrini gücləndirəcək, ölkələrimizin dostluq münasibətlərini daha da dərinləşdirəcəkdir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see600

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see181

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see122

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see119

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri