Azərbaycan xalçaları Bəhreyndə müasir incəsənət muzeyinin daimi kolleksiyasına daxil edilib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəhreyn Krallığında, ərəb və İslam incəsənəti ilə yanaşı, dünya miqyaslı müasir sənət nümunələrinin də nümayiş olunacağı yeni mədəni məkan “RAK Art Collection”un rəsmi açılışı baş tutub.
525.az xəbər verir ki, gələcəkdə müasir incəsənət muzeyi kimi fəaliyyət göstərəcək bu məkan Şeyx Rəşid bin Xəlifə Al Xəlifənin təşəbbüsü ilə yaradılıb.
Açılış mərasimində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib. Tədbir çərçivəsində Emin Məmmədov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Hamad Al Khalifa ilə görüşərək Azərbaycan xalçaçılıq sənətinin tarixi, istehsal prosesi və müasir dövrdə inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. O, Azərbaycan xalçaçılıq sənətinə olan marağını xüsusi vurğulayıb.
Sevindirici haldır ki, muzeyin daimi kolleksiyasına rəssam Aydan Salahova ilə “Azərxalça” ASC-nin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş “Qadın” xalça triptixi də daxil edilib. Bu sənət əsəri klassik Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii yanaşma ilə sintezini əks etdirir. Açılış zamanı Emin Məmmədov “Qadın” xalçası ilə yanaşı, Şeyx Rəşid bin Xəlifəyə onun əsəri əsasında Azərbaycanda toxunmuş xüsusi xalça nümunəsini də təqdim edib.
Mərasimdə dünyanın müxtəlif ölkələrindən tanınmış incəsənət xadimləri, kolleksiyaçılar və kuratorlar iştirak ediblər. Qonaqlar arasında Jeff Koons, Joachim Pissarro, Simon de Pury və digər nüfuzlu sənət nümayəndələri yer alıb.
Yeni açılan “RAK Art Collection” Bəhreynin incəsənət və mədəniyyət səhnəsini daha da zənginləşdirərək, regional və beynəlxalq müasir sənət üçün mühüm dialoq platformasına çevrilməyi hədəfləyir. Azərbaycan xalçaçılıq sənətinin bu cür nüfuzlu beynəlxalq məkanda daimi kolleksiyada təmsil olunması milli mədəni irsimizin dünya miqyasında tanıdılması baxımından mühüm nailiyyətdir.
İBRAHİM
Baxış sayı:102
Bu xəbər 29 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















