Azərbaycanda özəl pensiya fondlarına vəsaitlərin icbari yönləndirilməsi mexanizmi nəzərdən keçirilməlidir
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması prosesində həyat sığorta şirkətlərinin rolu mühüm əhəmiyyət daşıyır.
525.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.
Sənəddə vurğulanır ki, bir çox inkişaf etmiş ölkələrin təcrübəsində özəl pensiya fondları fəaliyyət göstərir. Bu yanaşma vətəndaşlara həm dövlət, həm də özəl pensiya fondlarında yığım imkanı yaratmaqla pensiya təminatını gücləndirir və sosial rifahın artırılmasına xidmət edir. Qeyri-dövlət pensiya sistemləri vətəndaşların yaşlılıq dövründə maliyyə təhlükəsizliyini təmin etməklə yanaşı, dövlətin sosial yükünün azaldılmasına da töhfə verir.
Hesabatda qeyd edilir ki, qeyri-dövlət pensiya sisteminin inkişafı əhalinin daha keyfiyyətli pensiya təminatına çıxışını genişləndirir, eyni zamanda özəl pensiya fondlarının maliyyə bazarlarının aparıcı institutlarından birinə çevrilməsi kapital bazarlarının inkişafını sürətləndirir: "Bu isə bütövlükdə ölkə iqtisadiyyatı üçün müsbət təsir yaradır, investorlar və sahibkarlar üçün daha etibarlı maliyyə mühiti formalaşdırır".
Sənəddə Azərbaycanın sosial təminat sisteminin inkişafı və pensiya təminatının təkmilləşdirilməsi məqsədilə qeyri-dövlət pensiya sisteminin formalaşdırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlandığı bildirilir. Qeyd olunur ki, qanun layihəsinin əsas məqsədləri yalnız vətəndaşların pensiya təminatının yaxşılaşdırılması ilə məhdudlaşmır, eyni zamanda kapital bazarlarının inkişafına dəstək verməyi hədəfləyir. Layihənin icrası sosial təminat sisteminin səmərəliliyini artıracaq, əhalinin pensiya fondlarına olan inamını gücləndirəcək və maliyyə bazarlarının stabil inkişafına şərait yaradacaq.
"AmCham" ekspertləri qeyri-dövlət pensiya fondlarının yaradılması prosesində həyat sığorta şirkətlərinin rolunun xüsusi olaraq nəzərə alınmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, həyat sığorta şirkətləri artıq etibarlı və təcrübəli maliyyə institutları kimi vətəndaşların pensiya yığım sisteminə aktiv şəkildə cəlb olunmasına töhfə verə bilərlər. Bu institutların prosesə cəlb edilməsi həm müştəri etibarını artırar, həm də bazarın daha geniş və şəffaf şəkildə inkişafına xidmət edər.
Hesabatda bildirilib ki, prosesin uğurla həyata keçirilməsi üçün dövlətin aktiv dəstəyi mühüm rol oynayır. Vergi güzəştləri, sosial sığorta ödənişləri və digər maliyyə stimulları vətəndaşların özəl pensiya fondlarına vəsait yönəltməsini təşviq edə bilər. Bu cür mexanizmlər dövlətin sosial yükünü azaltmaqla yanaşı, pensiya fondlarının böyüməsinə və daha geniş əhali təbəqələrini əhatə etməsinə imkan yaradacaq. Eyni zamanda, dövlət dəstəyi maliyyə sisteminin sağlamlığını və şəffaflığını gücləndirəcək. Vergi güzəştlərinin və stimulların həcmi ilə bağlı isə əlavə analiz və müzakirələrin aparılmasına ehtiyac olduğu vurğulanır.
"AmCham" ekspertlərinin fikrincə, qeyri-dövlət pensiya fondları üzrə qanun layihəsi hazırlanarkən pensiya sisteminin bütün pillələrinin kompleks təhlili aparılmalıdır. Bildirilir ki, ilkin mərhələdə ikinci pillə pensiya sisteminin tətbiqi və vəsaitlərin icbari şəkildə yönləndirilməsi mexanizminin nəzərdən keçirilməsi mümkün variantlardan biridir.
Baxış sayı:41
Bu xəbər 29 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















