Azərbaycan Xalq Cümhuriyyəti ərəb mətbuatının diqqətində
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin əməkdaşı Elvin Sultanovun “Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünün Misir mətbuatında” adlı məqaləsi Misirin “əl-Əxbar əl-Məsai” və “əl-Aləm əl-Arabi”, həmçinin Əlcəzairin “Tariq əl-Harir” nəşrlərinin internet səhifələrində yayımlanıb.
İnstitutdan XQ-yə bildirilib ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, siyasi vəziyyəti, əhalisi və ərazisi haqqında məlumat verilib.
Yazıda Misirin “əl-Əhram” qəzetinin 1919-cu 27 iyul il tarixli nömrəsində dərc edilmiş “Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir” sərlövhəli məqaləsindən bir hissə təqdim olunub, eyni zamanda, həmin yazıda yer alan bəzi məqamlara aydınlıq gətirilib.
Məqalədə vurğulanır ki, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıyıb və həmin dövrdə tanınan Azərbaycan ərazisinə Zəngəzur bölgəsi də daxil olub.
Bununla yanaşı, yazıda müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















