Icma.az
close
up
RU
Menu

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

İrana hücumu mətbuata kim sızdırıb?

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Çempiondan 24 xallıq fərq

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

Şərəf ordenli jurnalist vəfat edib FOTO

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır Rusiya güc strukturları hərəkətə keçdi KONKRET

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda ideoloji işin təşkili məqalə

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda ideoloji işin təşkili məqalə

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 iyun, AZƏRTAC

Müsəlman Şərqində ilk milli və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Türk-müsəlman dünyasında da ilk dünyəvi dövlət kimi tarixə düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib Azərbaycanın həyatında mühüm rol oynadı. Cümhuriyyətin dövlət quruculuğu sahəsində ən mühüm addımlarından biri ordu quruculuğu idi.

AZƏRTAC AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlının “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda ideoloji işin təşkili” adlı məqaləsini təqdim edir.

Həmin dövrdə ordu quruculuğu prosesi çoxistiqamətli xarakter daşıyırdı. Bir istiqamət ordu quruculuğu prosesinin hüquqi əsaslarının yaradılması, digər istiqamət ordunun strukturunun formalaşdırılması, hərbi-texniki infrastrukturun qurulması, həmçinin təlim-tərbiyə və ideoloji işin təşkili idi.

Məlumdur ki, Azərbaycan Cümhuriyyətinin ilk hökumətində hərbi nazir postu nəzərdə tutulsa da, Qafqaz İslam Ordusu komandanlığının təkidi ilə bu nazirlik az sonra ləğv edildi. Azərbaycan Ordusunun formalaşdırılmasına rəhbərlik Qafqaz İslam Ordusu komandanına həvalə edildi. 1918-ci ilin oktyabrında Birinci Dünya müharibəsi cəbhəsində Osmanlı Türkiyəsinin vəziyyəti pisləşməyə başlayanda Azərbaycanın milli hərbi qüvvələrinin formalaşdırılmasına daha ciddi diqqət yetirilməsinin zəruriliyi ortaya çıxdı.

Azərbaycan hökuməti dövlətin mövcud hərbi-siyasi, beynəlxalq vəziyyətini və gələcək real xarici təhlükələri nəzərə alaraq, 1918-ci ilin noyabr ayında olduqca əhəmiyyətli bir qərar qəbul etdi və Hərbi Nazirliyin yenidən yaradılmasını məqsədəuyğun bildi. Bu barədə rəsmi qərar isə 1918-ci il noyabrın 1-də qəbul edildi. Qərarda deyilirdi ki, “Respublika hökuməti yanında Hərbi Nazirlik təsis edilsin. Nazir portfeli Nazirlər Şurasının sədrinə təqdim edilsin. Onun müavini isə Səməd Bəy Mehmandarov təyin edilsin”. Həmin qərara əsasən Azərbaycanda ordu quruculuğu tamamilə hökumətin nəzarəti altına alındı və onun istiqamətlərinin müəyyənləşdirilməsi də respublika hökumətinin ixtiyarına buraxıldı.

Azərbaycan Xalq Cümhuriyyət hökuməti milli ordu quruculuğu prosesində ilk gündən etibarən qoşunların təlim- tərbiyəsinin yüksəldilməsi məqsədilə planlı və sistemli şəkildə tədbirlər görməyə başladı.

Qoşunların təlim və tərbiyəsinin əsas istiqamətlərindən biri şəxsi heyətin mənəvi tərbiyəsi, zabit və əsgərlərin dünyagörüşlərinin genişləndirilməsi, xidməti borca şüurlu münasibət bəsləyən sədaqətli döyüşçü, bütöv şəxsiyyət və yetkin Azərbaycan vətəndaşı formalaşdırılması idi. Bu məsələ bütün təlim-tərbiyə prosesində əsas aparıcı istiqamətlərdən biri idi.

Çar Rusiyasının müstəmləkəçilik siyasəti nəticəsində uzun illər boyu hərbi xidmətdən uzaqlaşdırılmış azərbaycanlıları ordu quruculuğu prosesinə yenidən cəlb etmək, onlara yeni hərbi dəyərlər aşılamaq, cəsurluq, vətənpərvərlik göstərilməsinə həvəsləndirmək əsas vəzifələrdən biri idi. Bu dövrdə müxtəlif ideoloji cərəyanların mövcud olduğu Azərbaycan cəmiyyətində ordu quruculuğu prosesi, orduda təlim-tərbiyə və ideoloji işin təşkili olduqca ağrılı bir proses idi.

Azərbaycan hökumətinin 1918-ci il 25 dekabr tarixli qərarı ilə Səməd bəy Mehmandarov hərbi nazir vəzifəsinə təyin olundu. Hər şeydən əvvəl Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd Bəy Mehmandarovun özü bütün varlığı ilə Azərbaycanın müstəqilliyini alqışlayan və qorunmasına çalışan bir şəxs idi. Heç şübhəsiz ki, Səməd bəy hərbi nazir təyin ediləndə həm onun peşəkarlığı, hərbi təcrübəsi və savadı, həm də Xalq Cümhuriyyətinin müstəqilliyinə olan sədaqəti və bağlılığı nəzərə alınmışdı.

1918-ci il dekabr ayının 25-də Azərbaycan Ordusunun təşkili ilə bağlı xalqa ünvanladığı müraciətində Səməd bəy Mehmandarov qeyd edirdi ki, “Bu ilin yazından Azərbaycan öz müstəqilliyini əldə etmişdir. Həmin andan ölkəmizin hökumətinin başında dayanan insanların səyləri ölkədə anarxiyanın yol verilməməsinə və hər hansı bir yerdə pozulmuş olan qanunçuluğun bərpasına yönəldilib. Bu məqsədlə digər hökumət tədbirləri ilə bərabər qərara alınmışdı ki, ölkənin silahlı qüvvələri də yaradılsın... Əziz olan Vətənimizin adından ölkəmizin bütün əhalisinə Vətənə olan məhəbbətimiz naminə, yüksək vətənpərvərlik hissləri naminə bu xahişlə müraciət edirəm ki, ölkədə qanunçuluğun qorunması üçün zəruri olan qoşunlarımızın formalaşdırılması işində mənə kömək etsinlər”.

Qeyd edək ki, Cümhuriyyətin hərbi elitası hesab edirdi ki, ordunun istər hərbi gücünü, istərsə də təlim-tərbiyə, mənəvi-psixoloji hazırlığını nümayiş etdirmək üçün hərbi paradların keçirilməsinin xüsusi əhəmiyyəti var. 1919-cu il mayın 28-də Azərbaycanın müstəqilliyinin birinci ildönümü münasibətilə Səməd bəy Mehmandarovun əmri ilə bütün qarnizonlarda hərbi parad keçirilib, bu təşəbbüs isə heç şübhəsiz ki, hərbi qulluqçularda Azərbaycanın müstəqilliyinə olan münasibətin formalaşmasına müsbət təsir göstərib.

Silahlı Qüvvələrdə istər hüquqi-siyasi baxımdan, istərsə də ideoloji-mənəvi ruhun formalaşması baxımından ordunun tanıtım nişanlarının – ordenlərinin və medallarının təsis və təqdim edilməsinin böyük rolu var.

1920-ci ilin əvvəllərində Azərbaycanın dövlət ordenlərinin və medallarının təsis edilməsi qərara alınmış və bu məqsədlə Hökumətin 30 yanvar 1920-ci il tarixli iclasında hərbi nazir Səməd Bəy Mehmandarov məruzə etmişdi. Onun məruzəsindən sonra ordenlərin layihələrinin hazırlanması qərara alındı. Qərarda o da bildirilirdi ki, bütün layihələrin məzmunun əsasını məhz Azərbaycanın müstəqilliyi təşkil etməlidir. Təəssüf ki, 1920-ci ilin aprel işğalı bu işin başa çatdırılmasına imkan vermədi.

Hərbi Nazirliyin rəhbərliyi qoşun hissələrinin şəxsi heyətinin mənəvi tərbiyəsini hər şeydən əvvəl xalqın milli-mənəvi dəyərlərinə əsasən aparılmasını zəruri sayırdı. Nazirliyin rəhbərliyində, hissə və birləşmələrin komandanlığında olan yüksək rütbəli zabitlərin hamısının bir hərbçi kimi çar Rusiyası ordusunda tamam fərqli olan milli- mənəvi meyarlar çərçivəsində yetişmələrinə baxmayaraq, Azərbaycanın milli dəyərlərinə olan münasibəti qürur mənbəyi, vətənpərvərliyin bariz nümunəsi idi. Əsgərlərin məişətinin təşkilinin milli zəminlər üzərində qurulması, xidmət nizamnamələrinə milli elementlərin daxil edilməsi, hərbi simvolların milli planda tərtib edilməsi və s. kimi məsələlər milli-mənəvi dəyərlərə münasibətin ifadəsi idi.

Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərinin, cəngavərlik xarakterinin formalaşması üçün mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük diqqət yetirilirdi. Bu baxımdan Səməd Bəy Mehmandarov qeyd edirdi ki, “Bolşevizmə qarşı mübarizənin istiqamətlərindən biri xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Azərbaycanın yaranmaqda olan gənc ordusu üçün bu, xüsusilə lazımdır. Yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimiz öz xalqının ümumdünya tarixinin səhifələrinə yazmış olduğu və bizdən daha çox Avropa xalqlarının xatırlayıb danışdıqları çoxlu igidlikləri, şərəfli döyüş keçmişini bilməlidirlər. Rus ağalığından xilas olmuş türk xalqı bilməlidir ki, biz heç də həmişə əsarətdə olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya nümayiş etdirmişik. Güman edirəm, türk tarixinin bilicilərindən kimə isə xalqımızın tarixini və bu günümüzə qədər olan ən mühüm hadisələri əks etdirən kütləvi kitabçaların tərtib və nəşr edilməsinin tapşırılması faydalı olardı. Sadə xəritələrin əlavə edilməsi də yaxşı olardı... Biz müsəlmanlar şüurlu həyata və milli yaradıcılığa yenicə qədəm qoymuşuq. İnternasional ideyalar hələlik bizdən çox uzaqdır. Bax, buna görə də bizim ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və ordunu onun tarixi keçmişi ilə tanış etməkdir. Bu, bizim internasional səylərimizin əsassızlığını, xalqda milli hisslərin və türk irqinə mənsubluqdan qürur keçirməyin inkişaf etdirilməsi üçün yaxşı sübut olardı. Belə kütləvi tarixi nəşrlər xalq arasında və qoşunlarda geniş yayılmalı və bunun üçün hər bir kənd müəllimi, hər bir müsəlman zabit ondan geniş istifadə etməlidir...”.

Səməd bəy Mehmandarov hərb tarixinin öyrənilməsinin zəruriliyini vurğulayaraq qeyd edirdi ki, “Hərb tarixinin öyrənilməsi əqli dünyagörüşünü genişləndirir, tənqidi mühakiməni, diribaşlıq və zirəkliyi inkişaf etdirir. Hərb tarixini öyrənməklə siz ovucunuzun içində olduğu kimi, bu və digər tərəfin bütün səhvlərini, nəyi etməyin lazım gəlmədiyini və necə hərəkət lazım olduğunu görürsünüz; hərb tarixini öyrənməklə siz ən çətin vəziyyətdən baş çıxarmaq və müvafiq qərarı çıxarmaq vərdişləri əldə edirsiniz; hərb tarixini öyrənməklə döyüş zamanı qoşunlara çox baha başa gələn səhvlərin buraxılmasından özünüzü müəyyən qədər qorumuş olursunuz. Güman edirəm ki, deyilənlər hərb tarixinin öyrənilməsinin əhəmiyyətini başa düşməyə kifayətdir. Bunun üçün də mən belə hesab edirəm ki, hərb tarixi hər bir hərbi adam üçün stolüstü kitaba çevrilməlidər. Onu öyrənməklə siz heç şübhəsiz ki, özünüzü həsr etdiyiniz yolda uğurlar qazanacaqsınız”.

Azərbaycan istiqlaliyyət əldə edildikdən sonra Azərbaycan dili (türk dili) Cümhuriyyətin dövlət dili elan edilmiş, dövlət dilinin orduda tam şəkildə tətbiq edilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür. Komandaların milli dildə verilməsi, dərslərin milli dildə aparılması əsgərlərdə hərbi xidmətə bir bağlılıq yaradırdı. Hərbi Nazirliyin rəhbərliyi hətta rus və gürcü zabitlərinin qarşısında da tələb qoymuşdu ki, bir ay müddətində bütün komanda sözlərinin azərbaycanca qarşılığını öyrənsinlər və şəxsi heyətə Azərbaycan dilində komanda versinlər. Əks təqdirdə onlar xidmətdən uzaqlaşdırılmalı idilər.

Zabitlərə Azərbaycan dilinin yaxşı öyrədilməsi üçün həm ordu daxilində, həm də ordudan kənar bir sıra kurslar təşkil edilmişdi. Ordudan kənar Azərbaycan dili kursları Maarif Nazirliyinin 1919-cu il 20 avqust tarixli qərarı ilə Bakı Realnı məktəbində açılmışdı. Həmin axşam kurslarında həftədə üç dəfə dərs keçirilməli idi. Hərbi nazirin əmri ilə bu barədə qoşunlara məlumat verilməklə zabitlərə həmin kurslara getmək tövsiyə olunurdu. Az sonra belə kurslar ordunun daxilində də yaradıldı. Ümumi Qərargah Rəisinin 1919-cu il 21 sentyabr tarixli sərəncamında göstərilirdi ki, Azərbaycan dilinin dövlət dili olması haqqında Azərbaycan hökumətinin 1918-ci il 27 iyun tarixli qərarının reallaşdırılması məqsədilə Ümumi Qərargahın nəzdində də hərbi qulluqçular üçün Azərbaycan dili kursları açılıb.

Qoşunların şəxsi heyətinin milli tarixi köklərinə, ənənələrinə bağlanması üçün Novruz bayramının hərbi hissələrdə keçirilməsi də diqqəti cəlb edirdi. Mövcudluğu dövründə Azərbaycan Ordusu iki dəfə Novruz bayramını təntənəli şəkildə keçirmişdi. Novruz bayramı əsl bayram ovqatında keçirilirdi.

Novruz bayramı ərəfəsində hərbi nazir mərhəmət və qayğı göstərərək, cəzalandırılmış əsgərlərin günahından keçir və yaxud cəzalarını azaltmaqla onlara bayram sevinci bəxş edirdi. 1919-cu ilin Novruz bayramı ərəfəsində hərbi nazir Səməd Bəy Mehmandarov ölüm hökmünə məhkum edilmiş 6 əsgəri əfv edərək, onların cəzalarını 6 illik həbslə əvəzləmişdi.

Dini bayramlar da qoşunlarda böyük təntənə ilə qeyd edilirdi. 1919-cu ilin orucluq bayramında hətta qoşunların paradı da təşkil olunmuşdu. Hərbi Nazirin əmrinə əsasən, orucluq bayramı münasibətilə əsgərlərə üç gün istirahət verilmişdi.

Hərbi nazirin əmri ilə qoşunlarda xristian bayramları da qeyd edilirdi. Həmin günlərdə xristian dininə mənsub olan zabit və məmurlara istirahət verilirdi.

Şəhid olmuş və ya xidmət müddətində vəfat etmiş hərbi qulluqçuların son mənzilə yola salınması zamanı dini normalara riayət edilməsinə Hərbi Nazirliyin rəhbərliyi son dərəcə ciddi diqqət yetirirdi. Mərhumun dəfninə göstərilən ən adi səhlənkarlıq bütünlükdə hərbi qulluqçuların qayğısına, onların dini, ənənəvi tərbiyəsinə göstərilən səhlənkarlıq kimi qiymətləndirilirdi. Dəfn mərasimində Nazirliyin bütün zabitlərinin iştirak etməsi zəruri idi.

1919-cu il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə xalqa müraciətində Şeyxülislam Ağa Əlizadə qeyd edirdi ki, “Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək, öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Taalanın buyurduqlarını, yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək mümkündür”.

Xüsusilə qeyd etmək lazımdır ki, ordu quruculuğu prosesi və orduda təbliğat işinin qarşısında ən ciddi maneə bolşeviklərin orduda əks təbliğatı idi. Bu məqsədlə Azərbaycan Ordusunun qoşun hissələri arasında bolşevik təbliğatı aparmaq üçün “Hümmət” təşkilatının nəzdində xüsusi hərbi komissiya yaradılmışdı. Bu komissiyanın üzvləri – Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, Həbib Cəbiyev və Əhməd Əhmədov Azərbaycan Ordusunun hissələri ilə əlaqəyə girməli, tək-tək mövcud olan kommunistləri birləşdirərək ordu daxilində partiya qrupları yaratmalı idilər.

Bu dövrdə bolşeviklər bir tərəfdən Azərbaycan Ordusunun şəxsi heyəti arasında avantürist təbliğat aparır, digər tərəfdən isə savadsız kütlələrin şüuruna təsir göstərməyə, onları öz övladlarını Azərbaycan Ordusu sıralarında xidmətə göndərməkdən çəkindirməyə çalışırdılar. 1919-cu il martın 8-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda hərbi nazir Səməd Bəy Mehmandarov bildirirdi ki, Qazax qəzasının kəndləri demək olar, bütünlüklə çağırışçı verməkdən imtina edirlər. Bu da həmin zonada aparılan bolşevik təbliğatının nəticəsi idi. Bolşevik ünsürləri bölgədəki həm hərbi qüvvələrin, həm də əhalinin arasında ciddi təbliğat aparırdılar ki, bu da ordu quruculuğu prosesini xeyli çətinliklərlə qarşılaşdırırdı. Nazir vəziyyətin ciddiliyini belə təsvir edirdi: “Hazırda vəziyyət çox ciddidir. Əgər Hökumət, xüsusilə də Daxili İşlər Nazirliyi və yerli inzibati orqanlar bu təbliğatın qarşısının alınması üçün fəal tədbirlər həyata keçirməsələr, mənə həvalə olunan vəzifənin uğuruna zəmanət verə bilmərəm... Təbliğat mənbələrinin ləğvi üçün əsaslı işlər görülməlidir və nə qədər ki, gec deyil hökumətin qərarlarının həyata keçirilməməsinə zəmin yaradan bütün səbəblər kökündən qoparılmalıdır”.

Hərbi nazirin fikrincə, Zaqafqaziya bolşevizminin mərkəzi olan Bakıda bu qüvvələr fəaliyyətini genişləndirdikcə orduya göstərilən təsir də güclənəcəkdi. Ona görə də Səməd Bəy Mehmandarov daxili işlər nazirindən xahiş edirdi ki, polis orqanları Bakı qarnizonuna daxil olan hissələrə qarşı təbliğat işinin aparılmasını nəzarət altına götürsünlər və bununla hissələrin komandanlığına yardım etsinlər.

Qoşun hissələrində genişlənən bolşevik təbliğatına qarşı ümumdövlət səviyyəsində mübarizə aparılması ilə bağlı 1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsində məsələ müzakirə olunub, yollar nazirinin təklifi ilə qoşunlarda bolşevik təbliğatı ilə mübarizə aparmaq üçün Hərbi Əks-Kəşfiyyat Təşkilatının yaradılması barədə qərar qəbul edilmişdi.

Ümumiyyətlə, dövrün ağrılı ictimai-siyasi şərtlərinə və beynəlxalq təhdid və təzyiqlərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti Ordusu özünün formalaşma prosesini başa çatdırıb, ordudaxili təlim-tərbiyə, ideoloji-mənəvi iş nəticəsində yüksək ruha və döyüşkənliyə malik olan, torpağa və Vətənə bağlı Azərbaycan Ordusu formalaşıb. Bu ordu 23 aylıq istiqlaliyyət dövründə Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda müstəsna dərəcədə böyük fədakarlıq göstərib.

Azərbaycanın qoşun hissələri arasında mövcud olan vətənpərvərlik hisslərini və ruh yüksəkliyini o dövrdə bir fransız jurnalistinin bu barədə qeyd etdiyi fikirlərdə də görmək mümkündür: “Rus çarları zamanı azərbaycanlılar hərbi xidmətə çağırılmırdılar. Bax buna görə də onlar atıcılıq məşqlərini yerinə yetirməyi çox sevirlər. Azərbaycan zabitləri xalqa silahdan istifadə etməyi öyrədirdilər. Zərurət yarananda bütün xalq öz ölkəsini qorumağa hazır olacaqdır. Axşam, gündüz əməyindən sonra hər yerdə milli mahnıların necə oxunduğunu eşitmək olar: “Marş, irəli, irəli, Azərbaycan əsgəri”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see137

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see125

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see123

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see122

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see118

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see118

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see117

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see117

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see116

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see116

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see116

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see116

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see115

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

25 İyun 2025 16:41see115

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see114

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

25 İyun 2025 12:45see113

Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır Rusiya güc strukturları hərəkətə keçdi KONKRET

25 İyun 2025 11:30see113

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

25 İyun 2025 10:37see113

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

25 İyun 2025 18:56see112

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri