Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
APA xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”,-deyə qeyd edilib.
Baxış sayı:129
Bu xəbər 21 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















