Icma.az
close
up
RU
Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Bu ilki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. İştirakçı sayının ildən-ilə artması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi özünü qlobal dünyada sübut etməsi ilə bağlıdır.
Ölkəmiz 30 ili ötən il tamam olan “Əsrin müqaviləsinin” imzalanması ilə əsas enerji bazarına daxil olmuş və Azərbaycan neftinə rəğbət ildən-ilə artmışdır. Bu uğurlar nəticəsində əldə olunan gəlirlərlə qeyri-neft sektorunun inkişaf etməsi üçün sərmayə qoyulmuş, dövlət əhəmiyyətli sosial layihələr icra olunmuşdur. Hazırda isə ölkəmiz etibarlı yaşıl enerji tərəfdaşı kimi də birgə layihələr icra edir, bərpa olunan və alternativ enerji resurslarımızdan səmərəli istifadə edilməsi ilə enerji bazarında dayanıqlılığa nail olunmağa çalışılır. Yaşıl enerjinin ixrac olunması məsələsi gündəmdə olduğu bir zamanda ən son texnologiyalara investisiyaların artırılması və insan resurslarının bazasının gücləndirilməsi istiqamətində də əməli addımlar atılır. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Qalıq yanacaqlardan tədricən günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinə keçid planetar miqyasda tükənməkdə olan yanacaqlara əsaslanan enerjini əvəz etməklə, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Ölkəmizin COP29 zamanı dünyaya verdiyi mesajlar da bundan ibarət idi. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “BP” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.
Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Nəticədə daxildə elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldiləcək. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurulmuşdur. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq.
Cənab Prezident Məşvərət Şurasının iclasında ölkəmizin təbii qazın ixracında da əhəmiyyətli layihələr icra etdiyi və Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə də məlumat verdi. Ötən il Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür və bu onların tələbatının 50%-ni ödəyir. Avropada qaz təchizatımızın coğrafiyasının daha da genişləndirilməsi istiqamətində iş aparılır. Cənub Qaz Dəhlizi 3500 kilometrlik boru kəməri sistemi olaraq bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas təminatçıdır. Cənubi Qafqaz Boru Kəməri, TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olaraq tam dolu işləyir.
Yekunda deyə bilərəm ki, Azərbaycan Respublikası müxtəlif növdə, həmçinin, əlverişli enerji potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri