Icma.az
close
up
RU
Azərbaycan yaşadığımız yerin adıdır, amma dilimizin ilkin və təbii adı türk dilidir Elşad Abışov

Azərbaycan yaşadığımız yerin adıdır, amma dilimizin ilkin və təbii adı türk dilidir Elşad Abışov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

REAL TV-nin rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağayev bildirib ki, “Azərbaycan dili” və “Azərbaycan" sözü anlayışlarını qarışdırmaq olmaz. Onun sözlərinə görə, dili bir ərazi kimi qəbul etdikdə, onun sərhədləri, qaydaları və qorunma mexanizmləri daha aydın görünür. Mirşahin Ağayev hesab edir ki, dilin təmizliyinin qorunması, qonaq sözlərin düzgün seçilməsi və zərərli təsirlərin uzaqlaşdırılması Azərbaycan dilinin inkişafı üçün əsas şərtlərdir.

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov bildirdi ki, dilə, əraziyə, sözə qonaq kimi baxmaq olmaz:

"Ona görə ki, əgər bu cür yanaşsaq, belə məntiqi bir sual yaranır: birdən qonaq olmasaydı, dil özünü nə ilə ifadə etmiş olardı? Yəni bu mənada fikrin bu şəkildə əsaslandırılması absurddur. O ki qaldı Azərbaycan dili və Azərbaycan sözü anlayışlarının bir-birindən fərqləndirilməsinə, bu tamamilə məntiqli və doğru yanaşmadır. Ona görə ki, tarixən bizim dilimiz ayrı-ayrı dövrlərdə müxtəlif cür adlandırılıb. Məsələn, ərəblər gələnə qədər türk dili, ərəblər Azərbaycanı işğal edəndən sonra azəri dili, Şah İsmayıl Xətainin hakimiyyəti dövründə, Səfəvilər zamanı yenə türk dili, Səfəvilərin hakimiyyəti zəifləyəndən sonra Çar Rusiyası dövründə tatar dili, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenidən türk dili, Cümhuriyyətin süqutundan sonra 1926-cı ilə qədər yenə azəri dili adlanıb. Ondan sonra isə Azərbaycan dili adı ilə adlandırılıb. Yəni Azərbaycan sözü ilə Azərbaycan dili anlayışları bu mənada fərqlidir: Azərbaycan bizim yaşadığımız yerin adıdır, amma dilimizin ilkin və təbii adı türk dilidir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri