Azərbaycan yaşıl enerjiyə keçid və COP 29 tədbirinə sürətli adaptasiya ilə potensialını göstərdi Video
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələr üzrə rektor müşaviri İhsan Alpargın danışıb. Rektor müşaviri qeyd edib ki, Azərbaycan dünyada mütəmadi olaraq həyata keçirilən ən böyük qlobal tədbirə ev sahibliyi edəcək. Bu da əslində Azərbaycanın həm vətəndaş cəmiyyəti, qurumlar və iqtisadi gücü ilə nə qədər inkişaf etdiyini, eyni zamanda belə böyük tədbirə ev sahibliyi edə biləcəyini dünyaya göstərir.
İhsan Alpargın
“Azərbaycanın çox ciddi potensialı var və bu potensialı göstərməyə başlayan bir ölkədir. Bu səbəbdən də çox qürurluyuq. Biz də mümkün olduğu qədər dəstək olmağa çalışırıq. Çox gözəl işlər görülür”-deyə İhsan Alpargın qeyd edib.
Rektor müşaviri bildirib ki, bu il "Yaşıl dünya naminə könüllülük ili" idi. Bu il çərçivəsində tədbirlərin necə sürətli bir şəkildə həyata keçirildiyini gördüyümüz zaman, bəzi mövzularda Azərbaycan cəmiyyətinin Türkiyə cəmiyyətindən irəlidə olduğunu görürük: “Prosesə çox sürətli şəkildə adaptasiya oldunuz”.
İhsan Alpargın, xüsusilə Qarabağ mövzusunda görülən işləri çox əhəmiyyətli hesab edir və vurğulayıb ki, Qarabağ tezliklə bir inci kimi parlayacaq.
İhsan Alpargın COP 29 konfransı haqda qeyd edib ki, “COP 29 Azərbaycan mədəniyyətinin, xüsusilə Türk mədəniyyətinin daxil olmasından sonra görülən gözəl işlərə bütün dünya şahid olacaq”.
İradə Cəlil, Bizmyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















