Icma.az
close
up
RU
Azərbaycan yaşıl hidrogen ixrac və tranzit edən ölkəyə çevrilə bilər

Azərbaycan yaşıl hidrogen ixrac və tranzit edən ölkəyə çevrilə bilər

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni ixrac boru kəmərinin yaradılması Azərbaycana geniş miqyasda təmiz hidrogenin nəqli üçün potensial yaradacaq.

Bu barədə “APA-Economics” Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dərc olunmuş Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinə istinadən xəbər verir. Sənəd Azərbaycan Energetika Nazirliyi adından və onunla əməkdaşlıq əsasında EBRD və “Worley Consulting Group Limited” şirkəti tərəfindən dərc olunub.

“Şərq və Qərb arasında strateji qapı kimi Azərbaycan Avropa bazarlarına təmiz hidrogen ixrac etmək istəyən qonşu ölkələrlə əməkdaşlıq etmək üçün unikal mövqeyə malikdir.

Cənub Qaz Dəhlizinin işlənməsi və mövcud boru kəməri marşrutlarından istifadə imkanları ilə bağlı təcrübəmizdən istifadə etmək bu təşəbbüsün irəliləməsi üçün güclü zəmin yaradır. Milli hidrogen strategiyamızın bir hissəsi olaraq, biz tərəfdaşlarımızla Yaşıl Enerji Dəhlizləri üzrə tədqiqatları inkişaf etdirmək və hidrogen ixrac strategiyalarımızı uyğunlaşdırmaq və sinerjiləşdirmək üçün qonşu ölkələrlə fəal dialoq aparmağa davam edəcəyik”, - sənəddə qeyd olunur.

Nəzəri olaraq, Cənub Qaz Dəhlizi (CQD) Azərbaycana təbii qazla qarışdırmaqla və ya boruların tam təyinatını dəyişdirməklə Azərbaycana təmiz hidrogeni ixrac etməyə imkan verə bilər, baxmayaraq ki, bu da xeyli investisiya tələb edəcək. Bununla belə, SOCAR-ın bu yaxınlarda apardığı təhlillər göstərir ki, infrastrukturun əhəmiyyətli təkmilləşdirilməsi olmadan hidrigenin qarışdırılması üçün texniki məhdudiyyətlər 2-6% arasındadır.

Sənəddə vurğulanır ki, texniki cəhətdən mümkün olsa da, öhdəlik götürülmüş həcmləri olan uzunmüddətli qaz müqavilələri və Gürcüstan, Türkiyə, İtaliya və digər istehlakçılarının hidrogeni qəbul etməyə hazır olmasını təmin edən kommersiya çətinlikləri nəzərə alınmaqla, təbii qaza tələbat əhəmiyyətli dərəcədə azalmayana qədər, hidrogen ixracı üçün mövcud CQD-dən istifadə qısa və orta müddətli perspektivdə mümkün hesab edilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri