Icma.az
close
up
RU
Azərbaycan Yaxın Şərqdə regional gərginliyin azaldılmasında maraqlıdır Analitik

Azərbaycan Yaxın Şərqdə regional gərginliyin azaldılmasında maraqlıdır Analitik

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Türkiyə-İsrail, İsrail-Suriya normallaşması üçün platforma təklif etdiyi kimi, İran və İsrailə də oxşar yanaşma sərgiləyə  bilər


Son illər Yaxın Şərqdə İran ilə İsrail arasında kəskinləşən qarşıdurma təkcə bu iki ölkənin münasibətlərini deyil, bütün regionun geosiyasi mənzərəsini dəyişməkdədir. 2025-ci ilin iyununda baş verən 12 günlük müharibə, İsrailin İranın nüvə obyektlərinə zərbələri və Tehranın cavab addımları ilə müşayiət olundu. Bu gərginlik fonunda ABŞ-ın bölgədəki mövqeyi, ərəb dövlətlərinin İsraillə normallaşma prosesləri və İranın nüvə proqramına bağlı siyasəti yeni strateji reallıqlar yaradıb. Məhz belə mürəkkəb şəraitdə Azərbaycan həm qonşu İran, həm də strateji tərəfdaşı İsraillə münasibətlərini balanslaşdıran nadir ölkələrdən biridir. Bakı bir tərəfdən Tel-Əvivlə enerji, təhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığını gücləndirir, digər tərəfdən Tehranla iqtisadi, nəqliyyat və mədəni layihələrdə dialoqu davam etdirir. Azərbaycanın İsraildə səfirlik açması və SOCAR-ın Tamar qaz yatağında pay əldə etməsi ikitərəfli əlaqələrin strateji mahiyyətini artırıb. Eyni zamanda İranla yüksək səviyyəli görüşlər, yeni sazişlər və qarşılıqlı səfərlər də Azərbaycanın balans siyasətinə sadiqliyini göstərir.

Bütün bunlar fonunda Azərbaycan yalnız Cənubi Qafqazda deyil, Yaxın Şərqin gərgin siyasi mühitində də neytral, eyni zamanda təsirli oyunçuya çevrilməkdədir. Bakı həm İsrail–İran qarşıdurmasında vasitəçilik üçün potensial platforma hesab olunur, həm də öz enerji və coğrafi üstünlükləri sayəsində regionun diplomatik sabitliyinə töhfə verməyə çalışır.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Azərbaycan İsraillə İran arasında vasitəçi rolunda çıxış etmir:


"Buna baxmayaraq, Azərbaycan yerləşdiyi bölgədə, həmçinin Yaxın Şərqdə regional gərginliyin azaldılmasında maraqlıdır. Hazırda ölkəmiz Təl-Əvivlə təhlükəsizlik, kəşfiyyat və enerji sahələrində əməkdaşlığını davam etdirir. Eyni zamanda, İranla da müxtəlif regional layihələrdə birgə fəaliyyət icra edir. Bakının neytrallıq siyasəti münasibətləri gərgin olan iki ölkə üçün hazırda ən sərəfli yanaşma kimi dəyərləndirilməlidir. Azərbaycan hər iki ölkə ilə əlaqələri inkişaf etdirməkdə maraqldır. Bu da ikitərəfli münasibətlərin dərinləşməsini əks etdirir. İran hökuməti diqqətini Donald Tramp administrasiyası ilə diplomatiyasına yönəltsə də, İsrailin bir çox ərəb dövlətləri ilə münasibətlərini normallaşdırmağa çalışdığı bir vaxtda İsrailin müsəlman dünyasında ən yaxın tərəfdaşı olan Azərbaycan son illər Tel-Əvivlə əlaqələrini xeyli gücləndirib. Bu tərəfdaşlığı 2023-cü ildə İsraildə səfirlik açmaqla rəsmiləşdirildikdən və Vaşinqtondakı imicini yenidən formalaşdırdıqdan sonra Azərbaycan Yaxın Şərq siyasətini də irəli aparmağda maraqlı görünür. Bu da Azərbaycanın Türkiyə-İsrail, İsrail-Suriya normallaşması üçün platforma təklif etdiyi kimi, İran və İsrailə də oxşar yanaşma sərgiləməyə təkan verə bilər. Lakin mürəkkəb təməllər üzərində dizayen olunan İran-İsrail münaqişəsi hazırda normallaşma üçün açıq görünmür".


Analitik qeyd edib ki, İsraillə İran arasında hər hansı xoşniyyət və normallaşma səylərinə cəhd edilərsə, Bakı bu kontekstdə vasitəçi rolunu üzərinə götürə bilər:

"Bu baxımdan da Azərbaycan Cənubi Qafqazdakı təsirini Yaxın Şərq siyasəti ilə tarazlaşdıra bilər. Azərbaycanın artan regional təsirindən xəbərdar olan Tehran qonşusunun İsraillə yaxşı əlaqələrindən xəbərdar olduğu üçün Azərbaycanın vasitəçi rolunu nəzərdən keçirə bilər. Əgər İran və İsrail dəyişən geosiyasi mənzərəni nəzərə alıb, praqmatik yanaşma sərgiləyərək normallaşmaya gedərsə, qlobal sülhə öz töhfələrini verə bilərlər. Regional və qlobal ittifaqların genişləndiyi bir vaxtda İran və İsrail və onun əsas müttəfiqi ABŞ arasında ciddi fikir ayrılıqları hökm sürür. Qlobal hegemoniyanı əlində saxlamağa çalışan ABŞ İranın nüvə diplomatiyasının və geosiyasi praqmatizminin inkişafına qarşıdır. İran isə nüvə proqramını gündəmdən çıxarmaq niyyətində deyil. Azərbaycanın Qərb, eləcə də Yaxın Şərq ölkələri üçün strateji dəyərinin dərinləşdiyi bir zamanda İran və İsrail öz yanaşmalarına yenidən baxsa, bu həm özləri, həm də region üçün faydalı ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri