Icma.az
close
up
RU
Azərbaycan Yaxın Şərqdə sülh gündəliyinə necə töhfə verir? DEPUTATIN ŞƏRHİ

Azərbaycan Yaxın Şərqdə sülh gündəliyinə necə töhfə verir? DEPUTATIN ŞƏRHİ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Yaxın Şərqdə gərginliyə son qoymaq məqsədilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində yekun sənəd imzalanıb. Qəzzada atəşkəsin əldə olunması və humanitar böhranın qarşısının alınması üçün atılan bu addım, bölgədə davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Sammit çərçivəsində imzalanan yekun sənəd yalnız silahlı toqquşmalara son qoymağı deyil, eyni zamanda tərəflər arasında siyasi dialoqun bərpasını və regional sabitliyin qurulmasını hədəfləyir.

Azərbaycanın bu mühüm diplomatik platformada təmsil olunması, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və sülhə yönəlik prinsipial mövqeyinin təzahürüdür. Müstəqil xarici siyasət yürüdən Azərbaycan daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, qlobal təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinə fəal dəstək verir. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı diqqət və rəğbətlə qarşılanıb.

Məsələ ilə bağlı Oxu.Az-a fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nigar Məmmədova Azərbaycanın sülh prosesində oynadığı rolun və bu yöndə artan beynəlxalq etimadın əhəmiyyətindən danışıb:

"Azərbaycanın beynəlxalq məsələlərdə ədalətli mövqeyi, hər zaman sülhün tərəfində olması ölkəmizə olan diqqəti artırıb. Azərbaycan Prezidentinin Misirdə keçirilən Qəzza sammitində iştirakı da bununla bağlıdır. Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən və humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi və dayanıqlı təhlükəsizliyi dəstəkləyir".

"Şübhəsiz ki, Yaxın Şərqdə keçirilən sülh sammiti tarixi əhəmiyyət daşıyır. Burada imzalanan yekun sənəd uzunmüddətli münaqişəyə son qoymağa hesablanıb. Belə tarixi bir hadisənin iştirakçıları arasında yer almaq Azərbaycanın diplomatik üstünlüyüdür. Bu platformaya dialoqa, sülhə dəstək verən tərəf kimi qatılan Azərbaycan sammitdə iştirak edən bütün tərəflərlə normal münasibətlərə malikdir", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, son dövrlərdə İsrail-Suriya, Türkiyə-İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycanın beynəlxalq aləmdəki etimadını daha da artırıb:

"Ən vacib məsələ budur ki, vasitəçilik missiyası zamanı da Azərbaycan üçün beynəlxalq hüququn norma və prinsipləri prioritet təşkil edir. Hesab edirəm ki, Yaxın Şərqdə yeni başlanğıc götürən sülh prosesinə Azərbaycan öz zəngin təcrübəsi əsasında mühüm töhfə verəcək".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri