Icma.az
close
up
RU
Azərbaycan yeni dünya bölgüsündən nə qazanacaq?

Azərbaycan yeni dünya bölgüsündən nə qazanacaq?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

Rusiya-Ukrayna müharibəsinin başladığı andan sürətlən dünyanın yenidən bölgüsü ABŞ-də Donald Trampın hakimiyyətə gəlişi ilə qəribə forma alıb. Sələflərindən fərqli olaraq Tramp hərbi gücü arxa plana keçirərək Vaşinqtonun iqtisadi rıçaqlarından məharətlə istifadə edir və təbii ki, hədəflərinə çatır. Bunun üçün hər hansı xarici səfərə, yaxud əcnəbi liderləri Ağ Evdə qəbul etməyə lüzum da yoxdur. Tramp prosesi öz ofisindən, sanki onlayn rejimdə, pandemiya dövründə evdən işlədiyimiz kimi idarə edir.

Dünyanın gözlərimiz önündə dəyişən yeni dizaynı 1967-ci ildə Polşa kinematoqrafçıları tərəfindən çəkilən "Firon" filmindəki bir səhnəni xatırladır. Silahlı-dəbilqəli qoşunlar ucsuz-bucaqsız səhralıqda üz-üzə dayanıblar və bir an sonra qanlı savaşa girəcəklər. Budur, komanda verilir və döyüşçülər bir-birilərinin üzərinə şığıyır, ancaq təmasa yetişən kimi dayanırlar. Müasir terminologiya ilə desək, qarşıdurma diplomatiya masasına transfer olunur.

Trampın kiçik pressinqi qarşı tərəfin dərhal müəmmalı təslim olması ilə nəticələnir. Dünyanın ərazicə ən böyük, sərvətlərinə görə ən zəngin dövlətlərindən olan və ən bahalı brendlərə sahib olan Kanada ABŞ-nin tətbiq etdiyi 25%-lik rüsumların önündə cəmi bir neçə saat dayana bildi və dərhal ağ bayraq qaldırdı. İllərdir Kanadanın siyasi palitrasının şəriksiz sahibi olan Trüdo tələm-tələsik istefa ərizəsini yazdı. Okeanın o tayından Ermənistana dəstək üçün Azərbaycanla sərhədə "müşahidəçi" göndərən, Qarabağdan qaçan separatçılara görə "yuxusu ərşə çəkilmiş" Kanada liderinin müqaviməti bir sutka belə çəkmədi...

Trampın Latın Amerikası ölkələrindən olan kriminal ünsürlü miqrantları vətənlərinə qaytarmaq əmri onunla nəticələnir ki, Kolumbiya prezidenti həmvətənlərinin dalınca özəl təyyarə göndərir - təki Ağ Evdə heç kim əsəbiləşməsin. Trampın Panama kanalı ilə bağlı söylədikləri qısamüddətli "hiddət və təəccüb" doğursa da, Amerika gəmilərinin dünyanın ən iri ticarət arteriyasından rüsumsuz keçidinə dair razılıq təlaş dolu narazılığın çözümü üçün yetərli olur. ABŞ-nin pulla Danimarkaya məxsus Qrenlandiyanı almaq niyyəti adada yeni parlament seçkilərinin keçirilməsi üçün qərarın qəbuluna səbəb olur. Bu günə-sabaha Kopenhagenin yurisdiksiyasından ayrılıb Vaşinqtona birləşmək üçün referendumun keçiriləcəyi də istisna deyil. Trampın Avropa İttifaqına qarşı rüsum xəbərdarlığı qitə paytaxtlarını silkələyir, kiçik dövlətlər və xalqlar üzərində "böyüklüyünü" göstərməyi sevən Makron, "qoca qitə"nin geosiyasi jandarmına çevrilmiş xanım Fon der Lyayen incimiş kimi görünürlər, ancaq əlac yoxdur - onlar da təslim olacaqlar.

Trampın yeni dünya nizamında iki məqam xüsusi qabarıqla diqqəti cəlb edir. Birincisi, hərbi güc amili pərdə arxasına keçir, önə iqtisadi təzyiq faktoru çıxır. XXI əsrin insanını silahdan çox, rifahının aqibəti qorxudur. Müasir dünyada toplumların silah gücü ilə itaət etdirilməsi metodunun tükəndiyini görürük. İqtisadi ekspansiya isə qan-qadasız gerçəkləşir, ABŞ bir tərəfdən dünyadakı liderliyini nümayiş etdirir, digər tərəfdən qarşısındakını özündən asılı vəziyyətə salır.

İkinci məqam: Trampın dünya liderliyini möhkəmlətməsi Yer kürəsinin ayrı-ayrı nöqtələrində digərlərinin nüfuzunu qəbul etməsi və tanıması ilə paralel cərəyan edir, daha dəqiqi isə inkar etməməsi ilə müşayiət olunur. Məsələn, Amerika lideri Türkiyənin Yaxın Şərqdəki sözünün və gücünün əhəmiyyətini diqqətdən qaçırmır, Ukraynaya görə Rusiya ilə kəllə-kəllə gəlməyin rentabelli olmadığını qəbul edir.

Bu gün dünyada baş verənlər Azərbaycanın illərlə sərgilədiyi kursun özünü doğrultduğunun mübahisəsiz sübutudur. Bütün maneələri aşmağın ən optimal yolu iqtisadi gücdür - ərazi bütövlüyünün bərpasından tutmuş regional liderliyin və ərazicə kiçikliyə, müstəqillik təcrübəsinin gəncliyinə rəğmən dünyada sayılıb-seçilən orta gücə çevrilməyədək. Formalaşan yeni geosiyasi konyunktur postsovet məkanının autsayderlərindən fərqli olaraq, Azərbaycanın qarşısına fərqli hədəflər çıxarır: yeni dünya düzənində iştirak və tarixən bizə məxsus olana varmaq. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi iki bəyanat əlahiddə ciddi maraq doğurur: "Yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq".

Və: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın".

Nə düşünürsünüz? Hazırıq?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri