Icma.az
close
up
RU
Azərbaycan yeni dünya siyasi nizamının formalaşmasına müsbət töhfə verir!

Azərbaycan yeni dünya siyasi nizamının formalaşmasına müsbət töhfə verir!

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Bu mənada martın 13-15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.Dövlət başçısı cənab İlham Əliyev Forum zamanı “Euronews” televiziyasına müsahibəsində də bu məqamlara xüsusi diqqət yönəldərək qeyd etmişdir: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycan Prezidentinin ölkələrin yalnız öz güclərinə arxalanmalı olduqlarına diqqət çəkməsi, xarici yardımlara bel bağlamağın suverenlik üçün risklər yaratdığını bildirməsi, Azərbaycanın öz ərazi bütövlüyünü məhz bu prinsiplə özünün bərpa etməsi bu nəsihətin gerçəkliyə dayandığının təsdiqidir.Regional sülhün tam bərpa olması Zəngəzur dəhlizinin reallaşmasına da öz təsirini göstərəcək. Sözügedən dəhliz Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya xətlərini təmin etməklə yanaşı Çinin “Bir kəmər, bir yol” layihəsinin mühüm prioriteti olan “Orta Dəhliz” üzərindən logistik yüklərin qısa zaman ərzində daşınmasına münasib şərait yaradacaq. Bu baxımdan Ermənistan rəhbərliyi də bu dəhlizə maraq göstərəcək. Çünki Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvana və Türkiyəyə çıxış imkanları əldə edəcəyi halda Ermənistanın da Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları olacaq.

Ümumiyyətlə, regional sabitlik və təhlükəsizliyin bərqərar olunması əsnasında Cənubi Qafqaz Şimal ilə Cənub və Şərq ilə Qərb arasında beynəlxalq nəqliyyat qovşağına çevriləcək. Bunun baş verəcəyi təqdirdə müəyyən güc mərkəzlərinin, xüsusilə Çin, Hindistan, İran və Türkiyə, eləcə də Qərb ölkələri bu regiona böyük həcmdə investisiya yatıracaq.Belə bir şəraitdə Azərbaycan öz mövqeyini möhkəmləndirməli və regionda strateji üstünlüyünü qorumaq üçün daxili resurslarını gücləndirməlidir. Enerji layihələrinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və beynəlxalq ticarət əlaqələrinin dərinləşdirilməsi Azərbaycanın dayanıqlı iqtisadi model qurmasına imkan verəcək.Nəticə etibarilə, Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təmin edilməsi üçün regional təhlükəsizlik mexanizmlərinin yaradılması vacibdir. Bu mexanizmlərin effektivliyi isə region ölkələrinin ortaq maraqlar əsasında əməkdaşlıq etməsindən və kənar güclərin müdaxiləsinə qarşı birgə müqavimət göstərməsindən asılı olacaq. Azərbaycanın təşəbbüsləri və strateji baxışı bu prosesdə aparıcı rol oynamağa imkan yaradır və regionun gələcək inkişafında mühüm faktora çevrilir.Mövcud münasibətlər sistemi pozulur, yerində isə yenisi hələ ki, mövcud deyil. Bu da dünya ölkələrin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Belə olan şəraitdə ölkələr beynəlxalq hüquqa arxalanmamalı, daha çox özlərinə və ikitərəfli, regional əməkdaşlıqlara üstünlük verməlidir. Azərbaycan da beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğundan bu sahədə böyük təcrübəyə malikdir. Ona görə də ölkələr yaranmış şəraitdə vəziyyəti yaxşı dərk edib məsuliyyətli addım atarlarsa, o zaman öz gələcək təhlükəsizliklərini təmin edib üzləşdikləri böhranlardan çıxa bilərlər. Uzun illər boyu Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olduğundan növbəti mərhələdə hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmasına ciddi ehtiyac var. Bunun üçün imkanlar mövcuddur.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri