Azərbaycan yığmaları seçmə mərhələdə ikinci oyunlarını keçirib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.
AZƏRTAC xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gəlib. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 0:3. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzmuşdu.
Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən görüşdə rəqib 4 cavabsız qolla qalib gəlib. Yığmamız ilk oyunda İslandiyaya məğlub olmuşdu – 0:2.
Qeyd edək ki, U-17 qrupda son oyununu Rumıniyaya, U-19 isə Moldovaya qarşı keçirəcək. Hər iki görüş noyabrın 19-da olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















