Azərbaycanın U17 və U19 yığmaları seçmə mərhələdə ikinci oyunlarını keçirəcək AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək.
AZƏRTAC xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gələcək. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim Yon Orlik idarə edəcək. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzub.
Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşacaq. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək görüşün baş hakimi serbiyalı Miloş Milanoviç olacaq. Yığmamız ilk oyunda İslandiyaya məğlub olub – 0:2.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















