Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək

Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Razılaşdırılmamış məqamlara Azərbaycanın daha iki tələbinin əlavə olunduğuna dair şübhələr var: “Zəngəzur dəhlizi” adlanan yerin açılması və Ermənistanın yeni Konstitusiyasının qəbulu”. 

“Hraparak” nəşri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətnində razılaşdırılmamış bəndlərlə bağlı belə yazıb.

“Rəsmi İrəvan üç ay yarımdır gözlənilən sülh sazişi ilə bağlı Bakıdan cavab aldığını bildirsə də, hansı cavabı aldığı açıqlanmır. Ermənistanın Baş naziri Nikol Paşinyan dünən heç bir razılığın əldə olunmadığını və konkret nəyin rədd edildiyini deyə bilməyəcəyini bildirib. 

Bu yaxınlara qədər ikitərəfli bəyanatlar var idi ki, onlar hələ iki məsələdə razılığa gəlməyiblər: bir-birinə qarşı beynəlxalq məhkəmə iddialarından imtina və üçüncü dövlətlərin nümayəndələrinin sərhəddə yerləşdirilməməsidir. 

Lakin iki gün əvvəl Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov 17 bənddən ibarət sülh müqaviləsinin razılaşdırılmamış iki müddəasının adını çəkib ki, bunlardan biri Ermənistan Konstitusiyasına dəyişikliklər, digəri isə bir neçə ay öncə yolların blokdan açılması haqqında bəndin müqavilədən çıxarılacağı açıqlanmasına baxmayaraq, Zəngəzur dəhlizi ilə bağlıdır. 

Ermənistan parlamentinin vitse-spikeri azərbaycanlı “həmkarının” dediklərini təkzib etsə də, həyat göstərdi ki, Azərbaycan rəsmilərinin dedikləri gec-tez reallığa çevrilir”,- “Hraparak” yazır. 

Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan fevralın 22-də media üçün açıqlamasında Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsindən birinin Zəngəzur dəhlizi, digərinin isə Ermənistan Respublikasının Konstitusiyası haqqında olması barədə məlumatı təkzib etmişdi. 

O, sülh müqaviləsində belə məqamların müzakirə olunmadığını bildirib:

“Yuxarıda deyilənlər qətiyyən həqiqətəuyğun deyil. Baş nazir Paşinyanın açıq şəkildə bəyan etdiyi kimi, hələ razılaşdırılmamış iki məqamdan biri sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi, digəri isə beynəlxalq hüquqi strukturlarda bir-birinə qarşı edilən şikayətlərə aiddir. Bunu rəsmi Bakı da təsdiqləyib”. 

Lakin “Hraparak” nəşrinin məqaləsindən aydın olur ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin mətni ilə bağlı real vəziyyəti ya ictimaiyyətdən gizlətməyə, ya da təhrif etməyə çalışır. 

Əvvəla, Azərbaycan tərəfi Ermənistan konstitusiyasına dəyişikliyin əsas şərt olduğunu rəsmi şəkildə dəfələrlə bəyan edib. Çünki konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alan bir ölkə ilə sülh müqaviləsinin imzalanması qeyri-mümkündür.  İkincisi, həmin konstitusiyanın preambula hissəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərara əsaslanaraq qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılması məsələsi heç də “Hraparak”ın yazdığı kimi, razılaşdırılmamış məqamlara sonradan əlavə olunmayıb. Rəsmi Bakı sülh danışıqlarının əvvəlindən bu məsələni qaldırıb. 

Əks təqdirdə, belə bir sazişin imzalanması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və konstitusiyasına zidd olar. Ermənistanla razılaşdırılmamış iki bənddən biri də məhz konstitusiyadan preambula hissəsinin çıxarılmasını nəzərdə tutan referendumun keçirilməsindən ibarətdir. Nikol Paşinyan hökuməti artıq yeni konstitusiyanın qəbuluna hazırlaşdığını bildirib. Ali qanunun yeni mətni 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər hazır olmalıdır. Seçkilərdən sonra referendumun keçirilməsi nəzərdə tutulub. 

Hələlik ədliyyə naziri SrbuhiQalyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi ArmenQriqoryan öz çıxışlarında Ermənistan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin yeni konstitusiyada yer almayacağını istisna etməyiblər.  Bu isə seçkilərdən sonra sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Ancaq hazırda Nikol Paşinyanın reytinqi çox aşağıdır və onun seçkilərdən qalib çıxacağını birmənalı şəkildə söyləmək olmaz. 

Ekspertlərinhesablamalarına görə, Paşinyanın seçkilərdə və referendumda uğur qazanması üçün ən azı 650 min seçicinin səsini qazanması lazımdır. Ona görə də Paşinyan bəribaşdan qubernatorları dəyişməklə seçkiqabağı siyasi mövqeyini möhkəmlədir. Ermənistan rəhbərliyi seçkilərdə qalib gəlsə belə, konstitusiyanın preambula hissəsini mətndən çıxartmasa, sülh sazişinin yaxın illərdə baş tutacağından danışmaq olmaz. Hətta Ermənistanın bu mövqeyi 2020-ci ildə olduğu kimi, sülh prosesinin dalana dirənməsi ilə nəticələnə bilər.

Bu isə regionda növbəti eskalasiyanın baş verməsi deməkdir. Eyni zamanda, Ukraynadakı müharibənin həlli ilə bağlı ABŞ ilə danışıqlarda Rusiyanın əlinin güclənməsi Ermənistandakı daxili siyasi proseslərə də təsirsiz ötüşməyəcək. Artıq Kremlə bağlı revanşist müxalifətin fəallaşması müşahidə olunur. Əgər Rusiya Ukrayna cəbhəsində qələbəsini təmin edə bilsə, ilk hədəflərindən biri Ermənistanda daxili etirazları körükləmək və qarşıdan gələn seçkilərdə Paşinyanın rəhbərlik etdiyi Qərbyönümlü qüvvələri hakimiyyətdən devirmək olacaq. 

Belə olan halda, sülh müqaviləsi, Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşması bölgədə geosiyasi balansı dəyişməsinə gətirib çıxarar ki, bu da Paşinyanın hakimiyyətinin ciddi təminatına çevrilə bilər. Zəngəzur dəhlizi məsələsinə gəlincə, təbii ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün və münasibətlərin normallaşmasının əsas şərtlərindən biridir. Ona görə də Azərbaycan və Türkiyə 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın da iştirakı ilə “3+3” platformasının yaradılmasını təklif edib. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndi nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair hüquqi əsas yaradır. 

Həmin razılaşmaya görə, Ermənistan Zəngəzur dəhlizinin açılması, yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların maneəsiz, həmçinin təhlükəsiz hərəkətini təmin etmək barədə öhdəlik götürüb. Lakin 4 ildən artıq vaxt ötməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi yerinə yetirmir. Hətta son vaxtlar rəsmi İrəvan 10 noyabr Bəyanatından imtina etdiyini açıq bəyan edir. 

Hazırda rəsmi Bakı Azərbaycandan-Azərbaycana maneəsiz hərəkətin təminini tələb edir. Bu, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Nikol Paşinyan isə nəqliyyat-tranzit əlaqələrinin Ermənistan-Naxçıvan MR-Ermənistan-Azərbaycan (Arazdəyən-Naxçıvan-Ordubad-Mehri-Horadiz) dəmir yolu marşrutunu təklif edir. Qeyd edək ki, 10 noyabr razılaşmasının icrası dəmir yolunun Horadiz-Ağbənd-Mehri-Arazdəyən-Ordubad xətti üzrə hərəkətini nəzərdə tutur. 

Sadəcə olaraq, Paşinyan yeni “ideya” ortaya atmaqla yolların təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanla 10 noyabr Bəyanatından kənar ikitərəfli razılaşmaya nail olmaq və Rusiyanı prosesdən kənarlaşdırmaq istəyir. Bununla da Ermənistan Rusiya qoşunlarının dayanacağı ərazidə eksterritoriallığın, yəni dəhlizin yaranmasının qarşısını almaq niyyəti güdür. Ancaq Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanmadığına görə, Ermənistan ərazisindən keçəcək Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmanət yoxdur. 

Bu səbəbdən, Azərbaycan tərəfinin Ermənistanın təklifinə müsbət yanaşmaması normaldır. Azərbaycan çərçivə sülh sazişinə nail olunması üçün nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması məsələsində kompromisə getməyə hazır olduğunu da nümayiş etdirib. Rəsmi Bakı ötən il aparılan danışıqlar çərçivəsində Zəngəzur dəhlizi məsələsinə yekun sülh müqaviləsi çərçivəsində baxılmasına razılaşıb.

Lakin Ermənistan bundan imtina edib. Ona görə də Azərbaycanı Zəngəzur dəhlizinin açılması tələbində ittiham etmək absurddur. Nəqliyyat-kommunikasiya əlaqələrinin növbəti mərhələdə həllini təklif etmək Azərbaycanın bu məsələdən birdəfəlik imtina etməsi anlamına gəlməməlidir. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: sülh müqaviləsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri