Icma.az
close
up
RU
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə, Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər

Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə, Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində bildirib ki, “Zəngəzur dəhlizi artıq aktuallığını itirib, İran Azərbaycanın alternativ dəhliz tələbinə cavab verib”. Tarasovun mövqeyi Rusiyanın ictimai və analitik dairələrinin Zəngəzur dəhlizi məsələsində dəyişən strategiyasını əks etdirir.Zəngəzur dəhlizi həqiqətənmi Azərbaycan üçün prioritet deyil?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya tərəfindən səslənən bu tipli fikirlər bir az da "PR" təbliğat xarakteri daşıyır.

Oqtay Qasımov

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ beş il öncə üçtərəfli bəyanatda konkret bənd yer almaqdadır və Azərbaycan bu məsələdə Ermənistanın mövqeyini gözləyir və Azərbaycanın tələbi bəllidir. Üçtərəfli bəyanatın doqquzuncu maddəsinə uyğun olaraq, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizdə asanlaşdırılmış maneəsiz keçid təmin edilməlidir. Ermənistan uzun müddət bu mövzunu manipulyasiya etməklə prosesi uzatdı. Azərbaycanda Ermənistanın bu davranışlarını əvvəlcədən hesabladı, İran tərəfi ilə Araz dəhlizi məsələsində razılığa gəldi və bu işlər ciddi şəkildə davam etməkdədir. Əlbəttə ki, Azərbaycan hər iki dəhlizin işləməsində maraqlıdır və əslində Araz dəhlizinin açılması həm də Ermənistan üçün bir mesajdır. Mesaj ondan ibarətdir ki, əgər Ermənistan süni şəkildə prosesi uzatsa, ardınca Araz dəhlizi işləyərsə və Azərbaycan da Zəngəzur dəhlizindən imtina edərsə, bu, Ermənistan üçün olduqca ciddi siyasi və iqtisadi itki anlamına gələcək və Ermənistan da bunu anlamalıdır”-deyən politoloq qeyd edib ki, böyük güclər də bu dəhlizin açılmasında maraqlıdır, Ermənistanın da nə zamansa bu istiqamətdə addım atması gözləniləndir.

Rusiyalı politoloq Stanislav Tarasovun şərhi ilə bağlı Oqtay Qasımov bildirib ki, Stanislav Tarasovun dediyi kimi “Zəngəzur dəhlizi aktuallığını itirib” fikri doğru deyil: “Bu, sadəcə olaraq Rusiya tərəfindən Ermənistana verilən mesajlardır ki, “əgər siz Zəngəzur dəhlizini açmasanız, Azərbaycan da bundan imtina edəcək və siz yenə də blokadada qalacaqsınız”. Bu, həm də Ermənistan tərəfindən gələcəkdə müvafiq addımlar atmağa və Rusiyadan daha möhkəm yapışmağa hesablanıb”.

“Üçtərəfli bəyanatın doqquzuncu maddəsində qeyd olunduğu kimi, dəhlizin Rusiyanın nəzarətinə verilməsini asanlaşdırmaq üçün məhz belə bir təbliğatın aparıldığını düşünürəm”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri