Azərbaycana 6 kq dan artıq narkotik vasitə keçirmək istədilər
Yenicag saytına istinadən Icma.az xəbər verir.
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Azərbaycana 68 kq narkotik keçirmək istədilər FOTO
30 Dekabr 2024 15:06
İrandan Azərbaycana 75 kq narkotik keçirmək istədilər
12 İyun 2025 09:57
İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
08 İyul 2026 13:14
İrandan Azərbaycana narkotik keçirmək istədilər
07 Aprel 2025 15:10
Baxış sayı:158
Bu xəbər 05 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















