Icma.az
close
up
RU
Azərbaycana idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi artıb

Azərbaycana idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi artıb

Icma.az bildirir, Gununsesi portalına istinadən.

COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib.

Təqdimatda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində görülən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə ölkəmizdə tətbiq olunan vergi və gömrük güzəştləri, habelə maliyyə əlçatanlığının artırılmasını hədəfləyən güzəştli kredit qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, təşviq sahəsində görülən işlər nəticəsində idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib.

Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb.

Təqdimatda qeyd olunub ki, ölkəmizdə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinə marağın və istifadə səviyyəsinin artırılmasına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri