Icma.az
close
up
RU
Azərbaycana İtaliya və Niderlanddan gələn turistlərin sayı çoxalıb

Azərbaycana İtaliya və Niderlanddan gələn turistlərin sayı çoxalıb

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin birinci yarısında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 7251 nəfər azalaraq 842 466 nəfər olub.

“Qafqazinfo” Tehlil.az-a istinadən xəbər verir ki, ötən ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayı 849 min 717 nəfər olmuşdu və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,8% və ya 250 min 592 nəfər çox deməkdir.

Cari ilin yanvar-iyun aylarında ölkəmizə gələn turistlərin 53,21%-ni, yəni yarısından çoxunu 3 ölkə vətəndaşları təşkil edib. Bunlardan ikisi qonşu ölkələr - Rusiya və Türkiyə, digəri isə uzaq Hindistandır. İlk sırada 240 min 746 turist ilə Rusiya yer alıb və buradan ölkəmizə gələn turistlər ümumi turist sayının 28,58%-ni təşkil edib.

İlk 6 ayda ölkəmizə gələn turistlərin 12,54%-i Hindistan vətəndaşlarıdır və onların sayı 105 min 647 nəfər olub.

Hesabat dövründə Türkiyədən ölkəmizə 101 min 863 turist gəlib ki, bu da ümumi turist sayının 12,09%-ni təşkil edib.

Cari ilin birinci yarımilində Azərbaycana gələn 394 min 210 turist isə digər ölkələrin vətəndaşları olub və onlar ümumi turist sayının 46,79%-nə bərabər olub.

Rəsmi rəqəmlərə əsasən, digər ölkələrdən Azərbaycana səfər edənlər arasında Səudiyyə Ərəbistanından gələn turistlərin sayı çoxluq təşkil edir. Daha dəqiq desək, cari ilin yanvar-iyun aylarında bu ölkədən Azərbaycana 38 min 76 nəfər turizm məqsədilə gəlib.

Bu sıralamada ikinci, amma ümumi sıralamada beşinci sırada yer alan Qazaxıstandan ölkəmizə 36 min 877 turist gəlib.

Məlumat üçün bildirək ki, digər ölkələr arasında Azərbaycana gələn turistlər arasında BƏƏ və Küveyt kimi ərəb ölkələri də yer alıb. İlin ilk 6 ayında bu ölkələrdən Azərbaycana müvafiq olaraq 20 min 815 və 11 min 798 turist səfər edib.

Qeyd edək ki, cari ildə turizm sahəsində əldə olunan uğurlardan biri Çinlə qarşılıqlı viza rejiminin ləğvi olub. Cari ilin ilk 6 ayında Çindən ölkəmizə 22 min 430 turist gəlsə də, viza rejiminin ləğvindən sonra bu rəqəmin ilin sonunadək daha da artacağı proqnozlaşdırılır.

Aşağıdakı cədvəldən də göründüyü kimi cari ilin yanvar-iyun aylarında digər kateqoriyasında yer alan 10 ölkədən ölkəmizə gələn turistlərin sayı 232 min 711 olub. Bu isə Azərbaycana gələn ümumi turist sayının 27,6%-ni təşkil edib.

Aparılan təhlil zamanı məlum olub ki, 2024-cü ilin ilk yarımili ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycana səfər edən turistlər arasında Tacikistandan gələnlərin sayı (86,7%) kəskin artıb.

İsraildən gələn turistlərin sayında 76%, Çindən səfər edənlərin sayında 53,8%, Yaponiyadan gələnlərin sayında isə 39,5% artım qeydə alınıb.

Artım bununla bitmir, 2025-ci ilk ilk 6 ayında Cənubi Koreyadan gələn turistlərin sayında 23,2%, qardaş Türkiyədən gələn turistlərin sayında isə 32,1% artım müşahidə olunub.

Avropa ölkələri sayılan Rumıniya (65,3%), Niderland (36,8%), İtaliya (26,4%) və Moldovadan (22,2%) gələn turistlərin sayında da ciddi artım qeydə alınıb.

Bəzi ölkələr üzrə turist sayında isə azalma qeydə alınıb. Ən çox azalma İraqdan gələn turistlərin (29,4%) payına düşüb.

Bundan başqa, ərəb ölkələrindən gələn turistlərin sayında da azalmalar qeydə alınıb. Məsələn ötən dövr ilə müqayisədə Bəhreyndən gələn turistlərin sayı 26,9%, Küveytdən gələnlərin sayı 24,2%, Qətərdən səfər edənlərin sayı 22,9% və Omandan gələnlərin sayı 21,2% azalıb.

Ölkəmizin ən çox turist qəbul etdiyi Rusiya və Hindistandan gələn turistlərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,7% və 9,9% azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri