Icma.az
close
up
RU
Azərbaycana minatəmizləmə sahəsində xarici yardımlar yetərli səviyyədə deyil

Azərbaycana minatəmizləmə sahəsində xarici yardımlar yetərli səviyyədə deyil

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana minatəmizləmə sahəsində xarici yardımlar yetərli səviyyədə deyil.

Missiya.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar münasibətində öz əksini tapıb.

Xatırladılıb ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.

"Azərbaycan Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13%-dən çoxunu çirkləndirmişdir. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir".

Parlamentin münasibətində vurğulanıb ki, Ermənistanın qanunsuz hərbi işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minalar bir hərbi vasitə kimi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusunu təşkil edir:

"Ermənistan minaları beynəlxalq normalarla nəzərdə tutulan işarələr olmadan və əksər halda heç bir hərbi zərurət olmadan basdırmışdır. Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməmiş və Azərbaycan ərazilərində mina basdırmaqda davam etmişdir. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir".

Milli Məclisin məlumatında xatırladılıb ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla 388 nəfər azərbaycanlı mina qurbanı olub:

"Humanitar dəyərləri ali tutan Azərbaycan minatəmizləmə sahəsinə böyük diqqət və resurslar ayrılır. Ölkəmiz bu sahədə müvafiq qanunvericilik aktları qəbul etmiş və güclü praktik qabiliyyətlər inkişaf etdirmişdir. Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin xeyli hissəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş və bu fəaliyyət sistemli şəkildə davam edir. Azərbaycan humanitar həmrəylik prinsiplərinə əsaslanaraq, öz təcrübəsini mina problemindən əziyyət çəkən digər dövlətlərlə bölüşür.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir".

Diqqətə çatdırılıb ki, xüsusilə təəssüf doğuran hal beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlərin Azərbaycana minatəmizləmə sahəsində yardım göstərməməsi, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verməsidir.

"Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə və minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır" - deyə, məlumatda qeyd edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri